Məhkəmə qərarları › İş №3(037)-5/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-5/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-5/2025 07.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Qərardan şikayət verən X3 iştirakı ilə, X3 İsmayıllı rayon X6 X7 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X5 məhkəməyə müraciət edərək İsmayıllı rayon X6 X7 inspektoru polis serjantı X2 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 18 dekabr 2024-cü il tarixdə saat 20:30-da idarə etdiyi "MERCEDES BENS VİTO 109 CDİ" yük markalı **-HK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İsmayıllı şəhəri M.F.Axundov prospektində "Bolluq market" adlanan ərazidə svetoforun yaşıl işığında hərəkətdə oban zaman yolun əks istiqamətindən gələn avtomobilə və İsmayıllı rayon Yol patrul xidməti avtomabilinə yol vermədiyi əsas gətirərək avtomabili saxlanılmışdır. Yol polis əməkdaşına qanuni şəkildə etirazını bildirməsinə baxmayaraq barəsində inzibati xəta haqqında İXP-6759743 saylı, protokol tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP-6926593 saylı qərar qanunsuz və əsassızdır. Belə ki, İsmayıllı şəhəri M.F.Axundov prospektində İsmayıllı rayon Mərkəzi Xəstəxanası istiqamətində hərəkətdə olduğu vaxtı "MERCEDES BENS VİTO 109 CDİ" yük markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən heç bir qaydanı pozmamışdır. Lakin Yol patrul xidməti inspektoru polis serjantı İsmayıl Məmmədov guya qayda pozduğunu bildirmişdir. O, bununla razı olmasa da barəsində inzibati tənbeh etmə haqqında qərar qəbul edilmişdir. Qeyd etmək istəyir ki, lap əvvəl Yol patrul xidməti inspektoru Polis serjantı X1 xidməti vəzifəsinin icrası zamanı hər zaman ona qarşı qərəzli hərəkətlər etmişdir. Belə ki, öz səlahiyyətindən istifadə edərək əsassız yerə idarə etdiyi avtomabili saxlayır və açıq aşkar bütün polis həmkarlarının yanında cərimə edəcəyi hədəsi ilə onu hədələmişdir. Yol patrul xidməti inspektoru Polis serjantı İsmayıl Məmmədovla hər zaman aramızda məlum olmayan problemləri mövcuddur. İdarə etdiyi "MERCEDES BENS VİTO 109 CDİ" yük markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobildə quraşdırdığım vidieo registrasiyasında qeydə alınmış görüntüdə həmin görüntüyə baxdıqda aydın görünür ki, mən yol hərəkəti qaydalarının tələblərini pozmamış və yol patrul xidməti avtomobilinə və digər avtomabillərə yol vermişdir. Hər hansı bir qayda pozmağı açıq aşkar görünürsə, o zaman onun inzibati xəta törətməsi həqiqətəndə xüsusi texniki vasitələrlə aşkar edilmişdirsə, onda İXM- nin 122.5-ci maddəsinin tələbinə uyğun olaraq YPX əməkdaşının məni saxlaması qanuna ziddir. Qeyd etdiklərinə əsasən İsmayıllı rayon X6 X7 xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 ərizəsinin mahiyyətinə uyğun izahat verərək, protokolla razı olmadığı halda yol patrul xidməti polis serjantı İsmayıl Məmmədov onun barəsində qərar qəbul etmişdir. Şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərarından şikayət verilmiş İsmayıllı rayon X6 X9 lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.2-ci maddəsinə əsasən işə İsmayıllı rayon X6 X7 nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan İsmayıllı rayon X6 X7 inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olsa belə, qərar qanunvericiliyin tələblərinə uyğun qəbul edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından da göründüyü kimi barəsində inzibati iş üzrə icraat aparılan şəxs X5 ona istinad edilən inzibati xəta hadisəsi ilə yerində razılaşmamışdır. Belə olan halda yol patrul xidməti inspektoru polis serjantı X2 protokolu səlahiyyətli şəxsə göndərməli olduğu təqdirdə, həmin protokola baxaraq qərar qəbul etmək səlahiyyəti olmadan xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, İsmayıllı rayon X6 X7 inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı rayon X6 X9 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 şikayəti qismən təmin olunsun. İsmayıllı rayon X6 X7 inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı rayon X6 X9 göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar