Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-50/2024 23.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 yanvar 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsi üzrə verilmiş, 09 dekabr 2022-ci il tarixli, 2 (037) – 1306/2022 saylı icra vərəqəsinə əsasən təyin olunmuş aliment miqdarı dəyişdirilərək 10 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən 09 mart 2023-dən başlayaraq Şəxs 09 avqust 2013-cü il tarixdə doğulmuş X3 və 12 oktyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 2800 (iki min səkkiz yüz) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 23 yanvar 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, hazırki günədək Şəxs aliment məbləğindən cəmi 100 (yüz) manat məbləğində ödəniş etmişdir. Hazırki günədək onun 2800 (iki min səkkiz yüz) manat məbləğində aliment borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, daimi iş yeri olmadığından borcundan ödəniş edə bilməmişdir. Hazırda Bakı şəhərində yeni iş tapmış və bir neçə günə orada işə başlayacaqdır. Bundan sonra hər ay 300 (üç yüz) manat məbləğində ödəniş edəcəkdir. Həmin məbləğdən artıq ödəniş edə bilməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona müəyyən müddət vaxt verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, hazırda Göyçay şəhərində dövlətin ona verdiyi evdə yaşayır və uşaqlarını çətinliklə saxlayır. Şəxs borcun ödənilməsindən qərəzəli olaraq boyun qaçırır. Teymurun hər ay 300 (üç yüz) manat məbləğində ödəniş edəcəyini bildirsə də. ona inanmır və onun təklifi ilə razı deyil. Teymur hər ay 500 (beş yüz) manat ödədiyi təqdirdə onunla razılaşa bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsi üzrə verilmiş, 09 dekabr 2022-ci il tarixli, 2 (037) – 1306/2022 saylı icra vərəqəsinə əsasən 01 noyabr 2023-dən başlayaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək Şəxs 30 iyun 2012-ci il tarixdə doğulmuş X4, 09 avqust 2013-cü il tarixdə doğulmuş X3 və 12 oktyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsi üzrə verilmiş, 09 dekabr 2022-ci il tarixli, 2 (037) – 1306/2022 saylı icra vərəqəsinə əsasən təyin olunmuş aliment miqdarı dəyişdirilərək 10 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən 09 mart 2023-dən başlayaraq Şəxs 09 avqust 2013-cü il tarixdə doğulmuş X3 və 12 oktyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 23 yanvar 2024-cü il tarixli, 45-112/2024 saylı məktubundan görünür ki, Şəxs icra vərəqəsi üzrə ödənilməmiş qalan 2800 (iki min səkkiz yüz) manat məbləğində aliment borcunun ödənilməsini təmin etməkdən yayınmış, borcun tam şəkildə ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsi üzrə verilmiş, 09 dekabr 2022-ci il tarixli, 2 (037) – 1306/2022 saylı icra vərəqəsinə əsasən təyin olunmuş aliment miqdarı dəyişdirilərək 10 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən 09 mart 2023-dən başlayaraq Şəxs 09 avqust 2013-cü il tarixdə doğulmuş X3 və 12 oktyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq tələbkara ödənilməli olan 2800 (iki min səkkiz yüz) manat borcu ödənilməmiş qalmışdır. Şəxs hazırki günədək təyin olunmuş aliment məbləğindən 100 (bir yüz) manat məbləğdə ödəniş etmiş və qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını və vəkilin fikrini dinləyərək qərara gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, tələbkara ödənilməli olan məbləğin miqdarını nəzərə alaraq inzibati həbsin müddətinin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 23 yanvar 2024-cü il tarixdən saat 12:10dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 23 yanvar 2024-cü il tarixdən saat 12:10-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-50/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-50/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver