Məhkəmə qərarları › İş №3(037)-503/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-503/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-503/2023 13.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inpektorunun İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati protokolu və əlavə edilmiş sənədləri 13 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, müəyyən etdim: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inpektorunun İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati protokol və əlavə edilmiş sənədlər 13 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Hesab edirəm ki, aşağıda qeyd etdiyim əsaslara görə hazırki inzibati xətalara dair materiala mənim sədrliyimlə baxıla bilməz və özüm-özümə etiraz etməklə həmin etiraz inzibati maaterial ilə birlikdə müzakirə edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırki inzibati material və əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmənin dəftərxana müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində ona məxsus “Hundai Grandeura” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı-İsmayıllı magistral yolunda hərəkətdə olarkən yola qəflətən çıxmış Şəxs məxsus bir baş inək cinsindən olan malı vuraraq, avtomobilinə maddi ziyan dəymişdir. Həmin faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inpektorunun İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 108.1-ci maddəsinə əsasən Bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir. Həmin Məcəllənin 107.0-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz: 107.0.2. o, şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Göstərilən əsaslara görə də özüm-özümə etiraz edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inpektorunun İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə inzibati xətalara dair işi üzrə özüm-özümə etdiyim etiraz inzibati marerial ilə birlikdə müzakirə edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar