Məhkəmə qərarları › İş №3(037)-508/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-508/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-508/2023 27.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon X6 X7 nümayəndəsi X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə X2 İsmayıllı rayon X6 X7 09 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X5 məhkəməyə müraciət edərək İsmayıllı rayon X6 X11 tərəfindən 09 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən Anar Nəbizadə məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, 07 oktyabr 2023-cü il tarixdə idarə etdiyi “VAZ-21154” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri ərazisində işıqforun yaşıl işığında hərəkət edən zaman, yol patrul xidməti əməkdaşı avtomobilinə saxla işarəsi vermişdir. Avtomobildən düşmüş və polis əməkdaşı ona işıqforun qırmızı işığında hərəkət etdiyini əsas gətirərək protokol tərtib etmişdir. Həmin protokoldan narazıdır. Belə ki, həmin vaxt işıqforun qırmızı işığında deyil, yaşıl işığında hərəkətini davam etdirmişdir. O, polis əməkdaşına etiraz etmiş və görüntü tələb etmişdir. Polis əməkdaşı həmin vaxt ona görüntünü təqdim etməmişdir. Sonradan görüntüyə baxarkən idarə etdiyi avtomobillə işıqforun yaşıl işığında hərəkətdə olduğu müəyyən edilmişdir. Buna baxmayaraq onun barəsində protokol tərtib olunmuş və həmin protokol əsasında 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Ona görə də, İsmayıllı rayon X6 X11 tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İsmayıllı rayon X6 X7 nümayəndəsi X3 izahat verərək göstərdi ki, 07 oktyabr 2023-cü il tarixdə xidmətdə olarkən idarə etdiyi “VAZ-21154” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün tərəfindən saxlanılmışdır. Şikayəti əsasız hesab edir. Belə ki, görüntüdən də göründüyü kimi sürücü Anar Nəbizadə həmin vaxt hərəkətini işıqforun qırmızı işığında davam etdirmişdir. Anar Nəbizadə həmin vaxt işıqforun yaşıl işığında hərəkətini davam etdirmiş olsaydı, işıqforlar arasında olan məsafəni keçərək bitirmiş olardı. Qeyd etdikləri nəzərə alınmaqla şikayətin təmin edilməməsini və qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 “VAZ-21154” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirilməsi halına yol vermiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş DVD-R diskində olan görüntüyə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, X5 07 oktyabr 2023-cü il tarixdə idarə etdiyi “VAZ-21154” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin İ-ci hissəsinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X5 07 oktyabr 2023-cü il tarixdə idarə etdiyi “VAZ-21154” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yol nişanlarının tələblərini pozaraq svetoforun qırmızı işığında hərəkətinidavam etdirmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X4 07 oktyabr 2023-cü il tarixdə idarə etdiyi “VAZ-21154” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yol nişanlarının tələblərini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Anar Nəbizadənin məhkəmə iclasında verdiyi izahatı özünümüdafiə xarakteri daşıyır və işin həqiqi hallarını əks etdirmir. Ona görə də, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 80 (səksən) manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, İsmayıllı rayon X6 X7 09 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İsmayıllı rayon X6 X7 18 may 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar