Məhkəmə qərarları › İş №3(037)-519/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-519/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-519/2022 15.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X3 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də xadimə işləyən, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, dalan 6, mənzil 8 A-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 76 A, mənzil 34-də yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 15 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri, Nərimanov Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş, 22 fevral 2022-ci il tarixli 2 (005) – 242 / 2021 saylı icra vərəqəsinə əsasən ümumlikdə 38550 (otuz səkkiz min beş yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat məbləği Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 38400 (otuz səkkiz min dörd yüz) manat və ödənilmiş 30 (otuz) manat məbləğ ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 15 dekabr 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Belə ki, borclu ötən müddət ərzində borc məbləğindən heç bir məbləğdə ödəniş etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, Şəxs "xxxx" MMC-də xadimə işləyərək aylıq 300 (üç yüz) manat məbləğində əmək haqqı alması məlum olmuşdur. Bununla bağlı borclunun əmək haqqısına yönəlmə edilmiş və 150 (yüz əlli) manat məbləğində köçürmə edilmişdir. Bundan sonra Şəxs borcun tam şəkildə və ya hər hansı məbləğdə ödəniş edilməsi tələb olunmuş, lakin Şəxs icra vərəqisinin icrasından boyun qaçırdığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Bakı şəhərində sonradan tanıdığı Günay adlı şəxs tanışlarına sosial pensiya düzəltməkdə köməklik göstərmişdir. Güneldə ona və bir neçə tanışlarına pensiya düzəldilməsi üçün müraciət etmişdir. Güneldən aldığı pulları Günay adlı şəxsin kart hesabına göndərmişdir. Bir qədər sonra Günel özü Günayla tanış olmuş və özləri öz aralarında iş görmüşlər. Sonradan məlum olmuşdur ki, Günay dələduzluqla məşğul olur. Verdikləri pulu Günaydan geri istəsə də, Günay ona heç bir məbləğdə pul qaytarmamışdır. Hazırda bununla bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsində Günay adlı şəxs barəsində cinayət işi açılmış və araşdırma aparılır. Onun qətnamənin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Qətnamədə göstərilən borcu tam şəkildə ödəmək imkanı yoxdur. Günaydan həmin pulu aldıqdan sonra tam şəkildə Günelin pulunu qaytaracaqdır. Bundan başqa 300 (üç yüz) manat məbləğində əmək haqqı alır. Borc məbləğinin onun aldığı əmək haqqıya yarısına yönəlmə edilmişdir. Başqa gəlir yeri yoxdur ona görə də, borcundan hər hansı məbləğdə ödəniş edə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs hazırki günədək borcundan 150 (yüz əlli) manat məbləğində ödəniş edilmişdir. Həmin pulu başqa şəxslərdən alaraq Əfruzəyə vermişdir. Həmin şəxslər hazırda verdikləri pulu ondan tələb edir. Borcu tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş, 22 fevral 2022-ci il tarixli 2 (005) – 242 / 2021 saylı icra vərəqəsindən görünür ki, 38550 (otuz səkkiz min beş yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat məbləği Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 22 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2021 saylı, 22 fevral 2022-ci il tarixdə icra vərəqəsi icraata qəbul edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 15 dekabr 2022-ci il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs hazırki vaxtadək icra vərəqəsi üzrə 38400 (otuz səkkiz min dörd yüz) manat və ödənilmiş 30 (otuz) manat borcun ödənilməsini təmin etməmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 "xxxx" MMC-də xadimə işləməklə 350 (üç yüz əlli) manat əmək haqqı alır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş, 22 fevral 2022ci il tarixli 2 (005) – 242 / 2021 saylı icra vərəqəsinə əsasən ümumlikdə 38550 (otuz səkkiz min beş yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat məbləği Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İcra Şöbəsi tərəfindən borclu Şəxs barəsində inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs "xxxx" MMC-də xadimə işləməklə 300 (üç yüz) manat əmək haqqı alır. İcra məmuru icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borcun Şəxs əmək haqqısına yönəldilməsini təmin etmiş və borclunun əmək haqqısından 150 (yüz əlli) manat məbləğində köçürmə edilmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Zərərçəkmiş şəxs ödənilməli olan 38400 (otuz səkkiz min dörd yüz) manat və ödənilmiş 30 (otuz) manat borc ödənilməmiş qalmışdır. Bununla da Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar