Məhkəmə qərarları › İş №3(037)-52/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-52/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-52/2021 09.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X2 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bağırov Emin Şirinbəy oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qızının, Zərərçəkmiş Hüseyinov Rövşən Qahir oğlunun iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, qeyri-rəsmi nikahda olan, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, dalan 4, ev 11-də yaşayan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)- 240/2020 saylı qətnaməsinə əsasən Şəxs xx xxxxxx 2006-cı il tarixdə doğulmuş Hüseyinov Fəqan Rövşən oğlu və xx xxxxxxx 2007-ci il tarixdə doğulmuş Hüseyinov Rəvan Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində aliment tutularaq Hüseyinov Rövşən Qahir oğluna ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 2150 (iki min yüz əlli) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Emin Bağırov izahat verərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-240/2020 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmişdir. Borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə xx xxxxxx 2021-ci il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu ötən müddət ərzində təyin olunmuş aliment məbləğindən ümumilikdə 200 (iki yüz) manat ödəniş etmişdir. Borclu barəsində inzibati qaydada protokol tərtib edilərkən onun tələbkara 2150 (iki min yüz əlli) manat ödənilməmiş aliment borcu qalmışdır. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, hazırda başqa bir şəxslə qeyri-rəsmi nikahla ailə qurmuş və həmin nikahdan iki azyaşlı övladı var. Himayəsində azyaşlı uşaqları olduğu üçün heç yerdə işləmir. Buna baxmayaraq ötən müddət ərzində tələbkara 200 (iki yüz) manat miqdarında aliment ödəmişdir. Hazırda 2150 (iki min yüz əlli) manat aliment borcu var. Yaxın müddətdə borcunu hissə-hissə ödəyəcəyini öhdəsinə götürür. Bununla bağlı Rövşən Hüeyinovla şifahi razılığa gəlmişdir. Onun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından qərəzli şəkildə boyun qaçırmaq niyyəti yoxdur və həmin qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini maddi imkansızlıq üzündən və özündən asılı olmayan səbəblərdən yerinə yetirə bilməmişdir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərəçəkmiş Rövşən Hüseyinov izahat verərək göstərdi ki, Şəxs ona olan aliment borcunu tezliklə ödəyərək alimentin ödənilməsində yaranmış gecikməni aradan qaldıracağını vəd etmiş və aralarında bu barədə şifahi razılıq olmuşdur. Hazırki vəziyyətdə onun Şəxs tələbi yoxdur və inzibati qaydada tənbeh edilməsini istəmir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs hazırki günədək 200 (iki yüz) manat məbləğində pulu tələbkar Rövşən Hüseyinova ödənilməsini təmin etmiş, hazırda 2150 (iki min yüz əlli) manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-240/2020 saylı qətnaməsinə əsasən Şəxs xx xxxxxx 2006-cı il tarixdə doğulmuş Hüseyinov Fəqan Rövşən oğlu və xx xxxxxxx 2007-ci il tarixdə doğulmuş Hüseyinov Rəvan Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində aliment tutularaq Hüseyinov Rövşən Qahir oğluna ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Həmin protokolda Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-240/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə borcunun hissə-hissə ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişdir. Hazırda zərərçəkmiş şəxsin də ondan hər hansı tələbi yoxdur. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar