Məhkəmə qərarları › İş №3(037)-52/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-52/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-52/2024 30.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2001-ci il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələri ilə daxil olan inzibati xəta haqqında materiala 30 yanvar 2024-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 22:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi Zərərçəkmiş şəxs məxsus “Opel Vectra” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun İsmayıllı rayonu ərazisindən keçən 185-ci kmdə idarəetməni itirərək yoldan çıxaraq yolun kənarında olan AR DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinə məxsus video müşahidə kamerasının dirəyini əzməsi, nəticədə “Opel Vectra” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə və AR DİNnin Baş İnformasiya Kommunikasiya İdarəsinə maddi ziyan vurması faktı üzrə barəsində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü taqımı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə 29 yanvar 2024-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, idarə etdiyi “Opel Vectra” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Avtomobil tanışı Zərərçəkmiş şəxs məxsusdur. Ona dəymiş maddi ziyanı ödəmişdir. Həmin vaxt avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs və AR DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: 23 oktyabr 2023-cü il tarixli 00103 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcıdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 22:33-də tibbi müayinədən keçirilərkən onun alkoqol sərxoşluğu vəziyyətində (alkoqolun miqdarı 4,1771 %0) olduğu müəyyən edilmişdir. 27 iyun 2019-cu il tarixdə verilmiş AE 967981 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs minik avtomobilini idarə etmə hüququ vardır. 23 dekabr 2023-cü il tarixli ziyan aktından görünür ki, AR DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinə ümumilikdə 500 (min dörd yüz altmış doqquz) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. 29 yanvar 2024-cü il tarixli ziyan aktından görünür ki, “Opel Vectra” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4550 (dörd min beş yüz əlli) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı Rauf Tağıyevin 22 noyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib oluması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 22:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi Zərərçəkmiş şəxs məxsus “Opel Vectra” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Şamaxı-Yevlax yolunun İsmayıllı rayonu ərazisindən keçən 185-ci km-də idarəetməni itirərək yoldan çıxaraq yolun kənarında olan AR DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinə məxsus video müşahidə kamerasının dirəyinə vurmuşdur. Nəticədə “Opel Vectra” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə və AR DİNnin Baş İnformasiya Kommunikasiya İdarəsinə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyət yaradır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşimançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə cəzası tətbiq etməyi qanuna müvafiq hesab edir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs və AR DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinə vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxslərə izah edilir ki, zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 27, 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs və AR DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinə vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar