Məhkəmə qərarları › İş №3(037)-526/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-526/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-526/2023 26.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 26 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: İsmayıllı rayon Polis Şöbəsinin sahə inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 26 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir Məhkəmə inzibati materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1.7-ci maddəsinə əsasən tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq. Belə ki, iş materiallarından görünür ki, Şəxs 20 oktyabr 2023-cü il tarixdə. Saat 22:35-dən inzibati qaydada tutularaq İsmayıllı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmışdır. Lakin iş materiallarında Şəxs ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim edilməmiş və o, vəkilnən təmin edilməmişdir. Həmçinin işdə olan tutma protokolunda Şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 22:35-də inzibati qaydada tutulması qeyd edilsə də, protokolda onun hansı tarixdə və hansı saatda polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunması göstərilməmişdir. Bundan başqa tərtib olunmuş 26 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix yerində düzəliş olunaraq tarix 26 oktyabr 2023-cü il göstərilmiş və protokolun surəti Şəxs 23 oktyabr 2023-cü il tarixdə imza etdirilməklə verilmişdir. Göründüyü kimi protokolun tərtib olunma vaxtı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə protokolun verildiyi tarix ziddiyət yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material İsmayıllı rayon Polis Şöbəsinə qaytarılsın. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar