Məhkəmə qərarları › İş №3(037)-529/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-529/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-529/2024 02.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi vəzifəsini müvəqqəti icra edən X4, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Beyləqan rayonu Kəbirli kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında İsmayıllı rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 02 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 13 oktyabr 2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs aldadaraq 150 (bir yüz əlli) manat pulunu mənimsəməsi faktı əsasında toplanmış material üzrə İsmayıllı rayon X6 Bölməsində araşdırma aparılmış, təhqiqatçı Qoşqar Aslanlının xx.xx.2024-cü il tarixli qərarı ilə əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin icraatına xitam verilmiş və əməli törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 02 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rahim Orucov izahatında göstərdi ki, Şəxs dəymiş ziyanı ödəmək istəyir, lakin zərərçəkmiş Zərərçəkmiş şəxs işin məhkəmə qaydasında həll olunmasını istədiyi üçün protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs sosial şəbəkədə mobil telefon satacağı ilə bağlı razılaşmış və 150 (yüz əlli) manat məbləğində ondan pul almışdır. Sonradan telefonu ona satmamışdır. Hazırda 150 (yüz əlli) manat məbləğində pulu Afiqə qaytarmış və onunla barışmışdır. Barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, sosial şəbəkədə mobil telefon almaq məqsədi ilə Şəxslə razılaşmış və ona 150 (bir yüz əlli) manat məbləğində pul göndərmişdir. Sonradan Ramilin mobil telefonuna zəng çatmamış və aldandığını başa düşərək polis şöbəsinə şikayət etmişdir. Hazırda 150 (bir yüz əlli) manat məbləğində pulu Ramildən almışdır. Şəxslə qarşı tələb şikayəti yoxdur və onunla barışmışdır. Qeyd etdikləri nəzərə alınmaqla işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon polis X3 təhqiqatçısı polis kapitanı Qoşqar Aslanlının xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün İsmayıllı rayon Polis şöbəsinin X1 verilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs 02 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, 150 (bir yüz əlli) manat pulu Şəxs almış və onunla barışmışdır. Ona görə də, inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 13 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs aldadaraq 150 (bir yüz əlli) manat pulunu mənimsəmişdir. Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmişə dəymiş maddi ziyanı ödəmiş və onunla barışmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qeyd olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13 oktyabr 2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs aldadaraq 150 (bir yüz əlli) manat pulunu mənimsəmiş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmasına baxmayaraq inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinin tələbinə görə X2 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar