Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-53/2021 10.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və İsmayllı rayonu Müşkəmir kəndində yaşayan fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə İsmayıllı rayonu, Müşkəmir kəndində qanunsuz, satış məqsədi olmadan, şəxsi istehlak miqdarında (təmiz çəkisi 1,12 qram) çətənə bitkisindən kustar üsulla hazırlanmış, qurudulmuş marixuananı üzərində saxlamış və bu hərəkətləri ilə o, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası “Şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə olan qurudulmuş marixuana 5 qramı və ondan yuxarı çəkidə şəxsi istehlak miqdarından artıq hesab olunur və cinayət məsuliyyətinə səbəb olur. Şəxs aşkar olunaraq götürülmüş qurudulmuş marixuananın təmiz çəkisi isə 1.12 qramdır. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və ya daşıma cinayətinin tərkibi olmadığından xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86 və 212-ci maddələrinə əsasən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin (narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, narkotik maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması,əldə edilməsi, saxlanılması,daşınması və ya göndərilməsi) tərkibi olduğundan barəsində inzibati hüquq pozmaya dair icraat başlanılmış və baxılması üçün İsmayıllı Rayon məhkəməsinə göndərilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, özünün etirafı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 15 gün bundan əvvəl yaşadığı İsmayıllı rayonu, Müşkəmir kəndi yaxınlığında gəzişən zaman yerdən ağ rəngli kağız bükülü tapmış, həmin bükülünü açıb içərisində nəyin olduğuna baxdıqda qoxusundan quru halda narkotikə oxşar bitki kütləsinin olduğunu aşkar etmişdir. Sonradan ətrafa göz gəzdirərək heç kimin onu görmədiyindən əmin olduqdan sonra kağız bükülünü sonradan arada istifadə etmək niyyəti ilə əynində olan qara rəngli dəri gödəkçənin iç cibində gizlətmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 13 radələrində siqaret almaq üçün qonşuluqda yerləşən Gəndov kəndinə piyada gedərək, oradan siqaret alıb evə qayıdan zaman polis əməkdaşlarını görərək həyəcanlanmış və bunu hiss edən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun üzərinə baxış keçirilən zaman yerdən tapdığı və üzərində gəzdirdiyi bitki kütləsi olan narkotik vasitə onun üzərindən aşkar etmişlər. Hazırda əməlindən peşmandır, bir daha narkotik vasitə qəbul etməyəcəyinə söz verir, eyni zamanda tək anası onun himayəsində yaşayır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə Ekspertizası Mərkəzinin X2 xx xxxxxx 2021-ci il tarixli 17/71 saylı ekspert rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 1,12 qram olan yaşılımtıl rəngli, qurudulmuş, xırdalanmış, çətənə (kannabis) bitkisinə məxsus spesfik qoxuya malik bitki mənşəli kütlə qurudulmuş marixuanalardır.(ümumi təmiz çəkisi 1.12 qram olan marixuanadan 0,02 qram tədqiqata sərf edilmiş, qalıq hissənin ümumi çəkisi 1,10 qramdan ibarətdir). Məhkəmə Ekspertizası Mərkəzinin X2 Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza dəyəri 35 (otuz beş) manat 97 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 17/71, HK-1/66 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Şəxs üzərindən götürülmüş..”sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi -1,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2021-ci il tarixdə İsmayıllı rayonu, Müşkəmir kəndində qanunsuz, satış məqsədi olmadan, şəxsi istehlak miqdarında (təmiz çəkisi 1,12 qram) çətənə bitkisindən kustar üsulla hazırlanmış, qurudulmuş marixuananı üzərində saxlamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşmanlıq keçirməsini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. İş üzrə aparılmış ekspertizanın dəyəri 35 (otuz beş) manat 97 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, KOD 210005, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. İsmayıllı rayon Polis şöbəsində saxlanılan 1,12 qram çəkidə olan narkotik vasitə- qurudulmuş marixuana məhv edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri 35 (otuz beş) manat 97 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, KOD 210005, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-53/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-53/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver