Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-53/2024 13.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X8, Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin nümayəndəsi X6 iştirakı ilə, X8 Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin 15 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə 13 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Qida X4 Regional Bölməsinin 15 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X14 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 57 ünvanında yerləşən çörək istehsalı müəssisəsində çörək istehsalı ilə məşğul olur. Qida X2 Regional Bölməsi tərəfindən 08 yanvar 2024-cü il tarixdə çörək sexində yoxlama aparmışdır. Aparılmış yoxlama nəticəsində çörək istehsalı müəssisəsində standartların və digər normativ sənədlərin tələblərə cavab vermədiyi müəyyən olunmuşdur. Belə ki, çörəyin və digər un məmulatların üzərində istehsalçının tarixi göstərilmədiyi əsas gətirilərək müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikasının X7 haqqında Əsasnamənin 3-cü bəndinə əsasən agentliyin vəzifələrindən biri də qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək,bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etməkdən (göstərişlər vermək) ibarətdir. Nəzərə almaq lazımdır ki, yoxlama zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vaxt verilməli, qeyd olunan nöqsanların aradan qaldırılmadığı təqdirdə qanunu tədbirlər görülməlidir. Ancaq Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsi tərəfindən xx.xx.2024-cü ildə yoxlama aparılmış, 15 yanvar 2024-cü il tarixda barəmdə qeyd olunan əsasa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsmin 220.2, 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında MN №1314378 nömrəli qərar qəbul edilərək,1500 (bir min beş yüz) manat məbləğmdə cərimə olunmuşdur. Hesab edir ki, inzibati xəta haqqında işə baxmağ səlahiyyəti olan şəxs tərəfindən prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, əsassız və qanunun tələblərini kobudcasına pozmaqla inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunun qanunun tələblərinə əsasən hesab edir ki, inzibati xəta törətmiş şəxs kimi cərimə onun maddi və əmlak vəziyyətinə uyğun deyil və sahibkarliq fəaliyyətimə mənfi təsir göstərəcək. Məlum olduğu kimi Azərbaycan Respublikasının hər bir qanunvericilik aktının, o, cümlədən İnzibati Xətalar Məcəlləsinin məqsədi insan və vətəndaş hüquqlarının və azadıqlarının qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Hesab edir ki, Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-ci maddəsinin inzibati Xətalar Məcəlləsinin (İXM) 447ci maddəsində istehlakçıların hüquqlarının pozulmasına,yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə sanksiyasında nəzərdə tutulan inzibati cəriməni ən yuxarı həddə tətbiq etmiş,halbuki,gəldiyi nəticə inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun gəlmir. Halbuki, Konstitusiya Məhkəməsi "vəzifəli şəxs" anlayışına izah verib. Qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları,bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. O, isə vəzifəli şəxs anlayışına daxil deyildir. Məhkəmə iclasında X14 şikayətində göstərilənlərə uyğun izahat verərək göstərdi ki, qərar üzrə təyin olunmuş məbləğ olduqca yüksəkdir və həmin məbləği ödəmək imkanı yoxdur. Yoxlamanın keçiriləcəyi ilə bağlı ona məlumat verilsə də, çox qısa müddətdə, 3 gün sonra yoxlama aparılmışdır. Ona görə də, Qida X4 Regional Bölməsinin 15 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin məsləhətçisi X12 məhkəmə iclasında izahat verərək göstərdi ki, qeyd olunan çörək sexində yoxlama keçirilmiş və orada satışda olan, qoğalın, çörəyin və bulkunun üzərində zəruri olan etiket məlumatları olmamışdır. Ona görə də, İXM-nin 447.0.3-cü maddəsi ilə istehlakçı hüquqlarının pozulması nəzərə alınaraq protokol tərtib olunmuş və həmin protokol əsasında Xəyalə Xəlilova maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin 15 yanvar 2024-cü il tarixli, MN ******* saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ŞYQ-24/001 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən X5 İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 57 ünvanında yerləşən, sahibkar X9 fəaliyyət göstərdiyi çörək istehsalı sexində xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə plan üzrə (növbəti) cari fəaliyyətin yoxlanılması üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış verilmişdir. Qida X4 Regional Bölməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 57 ünvanında yerləşən obyektə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə planlı (növbəti yoxlama) yoxlama aparılması qərara alınmışdır. Azərbaycan Respublikasının Qida X4 Regional X1 ünvanlanmış 25 dekabr 2023-cü il tarixli, 3-44-3/2-1380/23 saylı məktubdan görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixədək planlı yoxlama keçirilməsi ilə bağlı Xəyalə Xəlilovaya məlumat verilmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Qida X4 Regional X1 ünvanlanmış 25 dekabr 2023-cü il tarixli, 3-44-3/2-1380/23 saylı məktub 28 dekabr 2023cü il tarixdə “yoldaşı Kamal” tərəfindən qəbul edilmişdir. Qida obyektinə baxışın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X11 məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 57 ünvanında yerləşən “Kamaloğlu təndir" çörək istehsalı müəssisəsində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə aparılmış yoxlama zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir: 1. Qida obyektində tempraturun monitorinqi və qeydiyyatı aparılmır. 2. Əllərin yuyulması üçün müvafiq sahələr ayrılmayıb.
3. Havalandırma sistemi quraşdırılmayıb. 4. Soyunub geyinmə otaqları yoxdur. 5. İstehsal sahəsində döşəmə və divarlar asan yuyalabilən dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialdan hazırlanmamışdır. 6. Emal sahəsində qida məhsulu ilə təmasda olan səthlər asan təmizlənməyə və dezinfeksiya işlərinin aparılmasına imkan yaratmır. 7. Dezinfeksiya tədbirləri sənədləşdirilmir. 8. Un məhsullarının saxlanması üçün ayrıca təşkil edilmiş anbar sahəsi ayrılmamış və birbaşa emal sahəsində saxlanılır. 9. İstehsal olunan çörək, bulka məmulatlarının etiketlənməsi həyata keçirilmir. 10. Çalışan 1 (bir) nəfər işçi gigiyebik təlimlərə, təlim proqramına cəlb olunmur. xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2024-cü il tarixində İsmayıllı şəhəri, M.F.axundov küçəsində yerləşən, çörək və bulka məmulatlarının istehsalı müəssisəsində keçirilən planlı yoxlama zamanı döşəmə və divarların hamar səthə malik olmaması, məhsulların etiketlənməməsi, un məmulatlarının birbaşa istehsal hissəsində saxlanması və İXM-nin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi müəyyən edilmişdir xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərardan görünür ki, X14 İXM-nin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qeydiyyata alınmış subyektlər tərəfindən istehsal edilmiş yeyinti məhsulları satışa çıxarıla bilər. X3 Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair” Qaydaların 2 nömrəli əlavəsinin 1.10-cu bəndinə əsasən işçi heyət dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunubgeyinmə otaqları ilə təmin edilməlidir. Həmin Qaydaların 2-ci bəndinə əsasən qida obyektlərinin quruluşu və yerləşmə vəziyyəti qabaqcıl gigiyena təcrübəsinin tətbiqini və istehsal prosesinin ardıcıllığını təmin etməklə yanaşı, əməliyyatlar zamanı çarpaz çirklənmənin baş verməsinin qarşısını almalıdır, o cümlədən 2.0.1. Döşəmə və divar səthləri hamar və təmirli olmalı, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin etməlidir. Həmçinin döşəmənin və divarın səthlərində su keçirməyən, özünə su çəkməyən (qeyri-hopdurucu), yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan, qida məhsullarının hazırlanması, emalı həyata keçirilən qida obyektlərində tətbiqinə icazə verilən (müvafiq təsdiqedici sənədlə - sertifikatla müşayiət olunmalıdır) qeyri-toksik inşaat materiallarından istifadə edilməlidir. Döşəmə səthləri drenajın aparılmasına imkan verməlidir. Divarlar isə həyata keçirilən əməliyyat növünə uyğun olaraq, münasib hündürlükdə hamar səthə malik olmalıdırlar (yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı və müvafiq təsdiqedici sənədlə - sertifikatla müşayiət olunan inşaat materialları ilə üzlənməlidir); 2.0.2. Tavan (yaxud, tavanın olmadığı yerlərdə damın daxili səthi) və tavanda olan qurğular tozun və çirkin toplanması və kondensatın azaldılması, arzuolunmaz kifin çoxalması, toz və kənar hissəciklərin iş yerlərinə düşməsinin qarşısını alan formada qurulmalıdır; 2.0.3. Pəncərə və digər açılan hissələr çirkin toplanmasının qarşısını alacaq formada qurulmalıdır. Xaricə açılan pəncərələr həşəratların daxilə keçməsinin qarşısını alan və təmizləmə zamanı asanlıqla çıxarılan qoruyucu tor örtüklə təmin olunmalıdır. Açıq pəncərələrin çirklənməyə səbəb olacağı hallarda pəncərələr qida məhsulları sahəsində fəaliyyət zamanı bağlı saxlanmalıdır; 2.0.4. Qapılar təmizlənmə və dezinfeksiya işlərinə yararlı olan hamar səthə və quruluşa malik olmalıdır; 2.0.5. Qida məhsullarının emalı sahələrində səthlər (avadanlıqların səthləri də daxil olmaqla), xüsusilə də qida ilə təmasda olan səthlər təmirli vəziyyətdə olmalı, asan təmizlənməni və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə olmalıdır. Səthlərin üzlənməsində hamar, yuyula bilən, korroziyaya davamlı və qeyri-toksik materiallardan istifadə edilməlidir; 2.0.6. İstifadə edilən alət və avadanlıqların təmizlənməsi, dezinfeksiyası və saxlanması üçün korroziyaya davamlı materiallardan qurulmuş, asanlıqla təmizlənən və axar isti və soyuq su ilə təchiz olunmuş yuma sahələri təşkil edilməlidir; 2.0.7. Qida obyekti qida məhsullarının ayrıca yuyulması üçün müvafiq avadanlıqla təmin edilməlidir. Qida məhsullarının yuyulması üçün istifadə edilən yuma çanağı və ya oxşar avadanlıqlar müvafiq qaydada axar isti və soyuq içməli su ilə təmin edilməli, təmiz saxlanmalı və dezinfeksiya edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qida obyektində bütün xammal və inqrediyentlər xarab olma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanılmalıdır. Həmin Qaydaların 8.8-ci bəndinə əsasən qida subyektlərinə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya, deratizasiya, fumiqasiya işləri aparılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 133.2.8-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göründüyü kimi X8 fəaliyyət göstərdiyi çörək istehsalı sexində Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinin pozulması halları aşkar edilmişdir. Qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Ona görə də, X14 İXM-nin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. O, əsaslı və qanuni olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə 1500 manat məbləğində cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qida X4 Regional Bölməsinin 15 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi X8 şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
X8 şikayəti təmin edilməsin. Qida X4 Regional Bölməsinin 15 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlqar Hüseynov