Məhkəmə qərarları › İş №3(037)-531/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-531/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-531/2022 26.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxx 1980-cı il tarixdə İsmayıllı rayonu İstisu kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 26 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 25 dekabr 2022-ci il tarixdə saat 10:45 radələrində İsmayıllı rayonu Çayqovuşan kəndində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 izahatında göstərdi ki, 25 dekabr 2022-ci il tarixdə Çayqovuşan kənd sakini Qalib Mahmudovun 102 xidmətinə müraciəti əsasında polis əməkdaşları həmin kəndə getmişlər. Həmin kənd sakini Şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Şəxs izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 25 dekabr 2022-ci il tarixdə yaşadığı kəndin ərazisində Qalib adlı şəxsin evin həyətinə daxil olmuş və Qaliblə aralarında mübahisələri yaranmışdır. Sonradan oradan çıxıb yaşadığı evə gedərkən polis əməkdaşları ona yaxınlaşmışdır. Həmin vaxt əsəbi halda olduğundan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları sonra onu rayon polis şöbəsinə dəvət etmiş, lakin o, şöbəyə getməkdən imtina etmişdir. Sonradan polis şöbəsinə gəlmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis əməkdaşları ona qarşı heç bir zor tətbiq etməmişdir. Bütün bunları nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X7 Bğlməsinin təhqiqatçısı polis mayoru X5 izahatında göstərdi ki, 25 dekabr 2022-ci il tarixdə Çayqovuşan kənd sakini Qalib Mahmudovun 102 xidmətinə müraciəti əsasında digər polis əməkdaşları ilə birlikdə həmin kəndə getmişlər. Kəndə çatdıqda bir nəfər şəxsin gəldiyini görmüş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən Qalib Mahmudovun yaşadığı evin ünvanını soruşduqda həmin şəxs heç bir səbəb olmadan polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələblərinə tabe olmamış və polis əməkdaşlarına qarşı yenidən nalayiq ifadələr işlətmişdir. Həmin şəxslər rayon polis şöbəsinə dəvət olunmuş və polis şöbəsində getməkdən imtina edərək həmin yerdən uzaqlaşmaq istəmişdir. Bir qədər sonra həmin şəxs sonradan şəxsiyyəti məlum olan Şəxs rayon polis şöbəsinə gətirilmiş və izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X3 mübarizə qrupu əməliyyat müvəkkili X6 da şahid X2 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. 25 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 dekabr 2022-ci il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 25 dekabr 2022-ci il tarixdə saat 10:45 radələrində İsmayıllı rayonu Çayqovuşan kəndində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib tərəflərin və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 20 (iyirmi) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli 25 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma protokoluna əsasən həmin tarixdə saat 12:30-dan hesablansın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 25 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma protokoluna əsasən həmin tarixdə saat 12:30-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar