Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-531/2023 01.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə İsmayıllı rayonu Qalacıq kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sahibkar, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 01 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 30 iyun 2023-cü il tarixdə icarə müqaviləsi əsasında həmkəndlisi Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayon Qalacıq kəndi ərazisində yerləşən 1,5 hektar əkin sahəsində olan taxılı gizli olaraq biçməklə sonuncuya 295 (iki yüz doxsan beş) manat məbləğində ziyan vurması faktı əsasında toplanmış material üzrə İsmayıllı rayon X6 Bölməsində araşdırma aparılmış, təhqiqatçı Şəhriyar Fərəcovun xx.xx.2023-cü il tarixli qərarı ilə əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin icraatına xitam verilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti İsmayıllı rayon Polis şöbəsinin X2 göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 01 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 izahatında bildirdi ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, bir neçə ildir ki, İsmayıllı rayonu Qalacıq kəndində yerləşən Pərviz Zahidov adlı şəxsin bələdiyyədən icarəyə götürdüyü torpağı o əkib becərir. Keçən il həmin torpaq sahəsini əkmək istədikdə, oranın başqa şəxs tərəfindən əkildiyini bilmişdir. Həmin yerin Zərərçəkmiş şəxs tərəfindən əkildiyini bilmişdir. Anarla görüşmüş və həmin vaxt Anara 365 (üç yüz altmış beş) manat məbləğində pul verəcəyi ilə bağlı aralarında razılaşma olmuşdur. 2023-cü ilin may ayında Anarla yenidən görüşmüş və 365 (üç yüz altmış beş) manat pulu ona təklif etdikdə, Anar həmin məbləği qəbul etməmiş və onda 500 (beş yüz) manat pul istəmişdir. O, həmin məbləğlə razılaşmamış və 30 iyun 2023-cü il tarixdə həmin yeri biçmişdir. Həmin ərazini kərkən qeyd olunan icarə müqaviləsi Anarda olmamışdır. Həmin icarə müqaviləsini Anar sonradan əldə etmişdir. Anar tələb etdiyi məbləği ödəmək imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2022-ci il tarixdə icarəyə torpaq götürmək üçün bələdiyyəyə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında qeyd olunan 1,5 hektar torpaq sahəsini icarə əsasında bələdiyyə ona vermişdir. Həmin yeri şumlamış və həmin yerə buğda, arpa, vələmir əkmişdir. Bir müddət sonra Şəxs onun yanına gələrək yerini zəbt etdiyini bildirmişdir. O, icarə müqaviləsini göstərmiş və həmin yeri icarəyə götürdüyünü bildirmişdir. Həmin vaxt aralarında qarşılıqlı razılıq olmuşdur. Razılaşmaya görə İlyas ona 365 (üç yüz altmış beş) manat pul verməli idi. Buna baxmayaraq İlyas həmin pulu ona verməmişdir. May ayında İlyas onaunla görüşmüş və həmin pulu ona vermək istəmişdir. Lakin o, pulu qəbul etməmişdir. Bundan sonra İlyas həmin yeri biçərək aparmışdır. İlyas həmin ərazidən 2 ton 200 kiloqram məhsul götürmüşdür. Ona dəymiş maddi ziyan ödənilməmiş və ziyanı tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş: İsmayıllı rayon polis X4 təhqiqatçısı Şəhriyar Fərəcovun 11.sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, iş üzrə cinayət işi başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün İsmayıllı rayon Polis şöbəsinin X2 verilmişdir. X1 01 oktyabr 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, İsmayıllı rayonu Qalacıq kəndi ərazisində Qalacıq Bələdiyyəsinin ümumi istifadəsində olan torpaq sahəsindən 1,5 hektar torpaq sahəsi 01 oktyabr 2022-ci il tarixdən 01 sentyabr 2023-cü il tarixədək Zərərçəkmiş şəxs istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X9 Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 3-22-3-31/2-44/2023 saylı dəymiş ziyanlığın müəyyən edilməsi barədə arayışda, cari ildə buğdanın alış qiyməti 0,3 manat, 1,0 ha üçün biçinin qiyməti isə 45 manat olarsa, 1,5 ha x 0,8 ton x 0,3 manat =360 manat -65 manat (biçin) =295 manat həcmində maddi ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 30 iyun 2023-cü il tarixdə icarə müqaviləsi əsasında həmkəndlisi Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayon Qalacıq kəndi ərazisində yerləşən 1,5 hektar əkin sahəsində olan taxılı gizli olaraq biçməklə sonuncuya 295 (iki yüz doxsan beş) manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan ictimai işlərin tətbiq edilməsini, ictimai işlərin 160 (yüz altmış) saat müddətinə müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli 160 (yüz altmış) saat müddətinə ictimai işlər növündə cəza tətbiq edilsin. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-531/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-531/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver