Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-535/2023 03.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx xxx 1982-ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuş, həmin qəsəbədə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də elektrik montyoru işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 03 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2 (001) – 2386/2023 saylı icra vərəqəsinə əsasən 06 mart 2023-cü il tarixdən başlayaraq Şəxs 20 avqust 2009-cu il təvəllüdlü X5, 16 fevral 2011-ci il təvəllüdlü X3 və 21 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla cəmin 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 3085 (üç min səksən beş) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 03 noyabr 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs "xxxx" MMC-də işləməklə 345 (üç yüz qırx beş) manat məbləğində əmək haqqı alır. İcra vərəqəsinin icrası ilə əlaqədar borcun ödənilməsi onun əmək haqqına yönəlmiş və əmək haqqısından iki ay tutulma olmuşdur. Lakin hazırda Şəxs 3085 (üç min səksə beş) manat aliment borcu yaranmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, "xxxx" MMC-də 345 (üç yüz qırx beş) manat məbləğində əmək haqqı alır. Təyin olunmuş aliment məbləği onun əmək haqqına yönəlmişdir. Mart ayında işə qəbul olmuş, aprel və may ayında stajor kimi işlədiyindən əmək haqqı almamışdır. Onun başqa gəlir yeri yoxdur. Bundan başqa əlavə olaraq aliment məbləğindən 100 (yüz) manat ödəniş etmişdir. Onun valideynləri xəstəlikdən əziyyət çəkir. Maddi imkanı ağırdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(001)- 2386/2023 saylı icra vərəqəsindən görünür ki, 06 mart 2023-cü il tarixdən başlayaraq Şəxs 20 avqust 2009-cu il təvəllüdlü X5, 16 fevral 2011-ci il təvəllüdlü X3 və 21 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla cəmin 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 03 noyabr 2023-cü il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 3085 (üç min səksən beş) manat məbləğində aliment borcu vardır. "xxxx" MMC-nin 04 oktyabr 2023-cü il tarixli 007769 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs alimentin ödənilməsi ilə bağlı əmək haqqından 268 (iki yüz altmış səkkiz) manat məbləği tutularaq Zərərçəkmiş şəxs hesabına ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2 (001) – 2386/2023 saylı icra vərəqəsinə əsasən 06 mart 2023-cü il tarixdən başlayaraq Şəxs 20 avqust 2009-cu il təvəllüdlü X5, 16 fevral 2011-ci il təvəllüdlü X3 və 21 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla cəmin 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs "xxxx" MMC-də elektrik montyoru işləməklə əmək haqqısı 345 (üç yüz qırx beş) manat təşkil edir və onun əmək haqqısından 268 (iki yüz əlli) manat məbləği təyin olunmuş aliment məbləğinə tutulur. Göründüyü kimi, borclunun əmək haqqısının hər ay 70 (yetmiş) %-dən ibarət hissəsi tutularaq tələbkar Zərərçəkmiş şəxs hesabına ödənilməsi təmin olunur. Borclunun əmək haqqısından aparılan tutulmalar təyin olunmuş aliment məbləğini tam şəkildə təmin etmədiyi üçün, onun tələbkara hazırda 3085 (üç min səksən beş) manat aliment borcu yaranmışdır. Borclunun adına əmlak və ya qiymətli əşya yoxdur. Borclu icra sənədinin icrasından yayınmır və icra sənədi üzrə təyin olunmuş aliment məbləğinin çox hissəsi onun əmək haqqısından tutulur. İcra sənədi üzrə təyin olunmuş aliment məbləğindən hər ay qalıq borcun qalması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-535/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-535/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver