Məhkəmə qərarları › İş №3(037)-536/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-536/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-536/2023 14.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 14 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 28 may 2023-cü il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21074” markalı ** HE *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan İsmayıllı rayonu Ruşan kəndi istiqamətində idarə edərkən, baş yolda hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Zərərçəkmiş şəxs3 məxsus “VAZ 21063” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq, həmin avtomobillə toqquşması, nəticədə sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti alması, “VAZ 21074” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 və “VAZ 21063” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 maddi zərər vurması faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 07 noyabr 2023-cü il tarixli 23-1-2-2-426-0008-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Prokurorluğuna, zərərçəkmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin tərəflər məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun sürücülük hüququ yoxdur. Həmin avtomobil dayısına məxsusdur. Əməlindən peşmandır və ona daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və X1 391 №-li 25 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət –alt çənənin yarası bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 28 may 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Elektron sorğu məlumatlarından görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. - “İsmayıllı regional avto serviz mərkəzinin” 03 iyul 2023-cü il tarixli 027-23 saylı arayışında “VAZ 21074” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilə 4560 (dörd min beş yüz altmış) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. - “İsmayıllı regional avto serviz mərkəzinin” 03 iyul 2023-cü il tarixli 028-23 saylı arayışında “VAZ 21063” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə 4230 (dörd min iki yüz otuz) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 28 may 2023-cü il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21074” markalı ** HE *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan İsmayıllı rayonu Ruşan kəndi istiqamətində idarə edərkən, baş yolda hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Zərərçəkmiş şəxs3 məxsus “VAZ 21063” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq, həmin avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti almış, “VAZ 21074” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 və “VAZ 21063” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 maddi zərər vurması vurmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan 500 (beş yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə “VAZ 21074” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 və “VAZ 21063” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 izah edilir ki, ziyanın əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar