Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-538/2024 10.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə xx xxxxxxxx 1988-ci il tarixdə İsmayıllı rayonu Şəbiyan kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 10 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 10 dekabr 2024-cü il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndi nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 10 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəşad Məmmədov izahat verərək bildirdi ki, DİN-nin 102 xidmətindən Şəxs 9 baş malını 18000 manat dəyərində satdığı heyvanın pulunu ala bilməməsi və onun işinə baxmayan Abşeron RPİ və İsmayıllı RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı məlumat daxil olmuşdur. Şəxs həmin vaxt pulunun alınıb verilmədiyi təqdirdə borcu olan şəxsi öldürəcəyini bildirmişdir. Bununla bağlı digər polis əməkdaşları ilə onun yaşadığı ünvana gedilmiş və Şəxs həmin vaxt əsəbi halda ucadan nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etdikdə öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmamış və polisin iş rejimini pozmuşdur. Polis şöbəsinə dəvət edildikdə, ilk öncə polis şöbəsinə getməkdən imtina etmiş və sonradan onun polis şöbəsinə gətirilməsi mümkün olmuşdur. Polis şöbəsində Şəxs yenidən nalayiq ifadələr işlətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Elbrus adlı şəxsə 18 baş heyvan satmış və pulunu ala bilməmişdir. Bununla bağlı 8 aydır ki, 102 xidmətinə zəng edərək onun pulunun alınmasını xahiş etmişdir. Sonuncu dəfə 09 dekabr 2024-cü il tarixdə yenidən 102 xidmətinə zəng edərək şikayət etmişdir. Həmin gün axşam saat 24 radələrində polis əməkdaşları onun yaşadığı evə gəlmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. O, gec olduğu üçün polis şöbəsinə getmək istəməmişdir. Sonradan polis şöbəsinə gəlmiş və polis şöbəsinin inzibati binasında mülki geyimdə olan polis əməkdaşı onu sillə ilə vuraraq təhqir etmişdir. O, heç bir polis əməkdaşına nalayiq ifadələr işlətməmiş və qanunsuz hər hansı hərəkətlər etməmişdir. Sadəcə uzun müddətdir ki, müraciət etsə də, onun işinə baxılmadığı üçün şikayətlər etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı X2 izahat verərək bildirdi ki, 09 dekabr 2024-cü il tarixdə əməliyyat qrupunun tərkibində olmuş və 102 xidmətindən Şəxs müraciəti daxil olmuşdur. Həmin müraciətdə Şəxs satdığı heyvanların pulunun ala bilmədiyi üçün, onun Abşeron RPİ və İsmayıllı RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi qeyd edilmişdir. Bununla bağlı digər polis əməkdaşları ilə birlikdə Şəxs yaşadığı ünvana getmişdir. Həmin vaxt Amil əsəbi halda şikayətlər etmiş və yüksək səslə danışaraq tabesizlik göstərmişdir. Sonradan polis şöbəsinə dəvət olunmuş və polis şöbəsində də, yüksək səslə danışaraq polisin iş rejimini pozmuşdur. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X4 Bölməsinin təhqiqatçısı polis polkovnik-leytenantı X3 izahat verərək bildirdi ki, 09 dekabr 2024-cü il tarixdə əməliyyat qrupunun tərkibində olmuş və 102 xidmətindən Şəxs müraciəti daxil olmuşdur. Həmin müraciətdə Şəxs satdığı heyvanların pulunun ala bilmədiyi üçün, onun Abşeron RPİ və İsmayıllı RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi qeyd edilmişdir. Bundan başqa həmçinin o, borclu olduğu Elbrus adlı şəxsi öldürəcəyini bildirmişdir. Bununla bağlı digər polis əməkdaşları ilə birlikdə Şəxs yaşadığı ünvana getmişdir. Həmin vaxt Amil əsəbi halda şikayətlər etmiş və yüksək səslə danışaraq tabesizlik göstərmişdir. Sonradan polis şöbəsinə dəvət olunmuş və polis şöbəsində də, yüksək səslə danışaraq saat 04:00-də polisin iş rejimini pozmuşdur. O, həmin vaxt onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş 09 dekabr 2024-cü il tarixli raportlardan görünür ki, 09 dekabr 2024-cü il tarixdə saat 18:48-də İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan Şəxs ***-***-**-** mobil nömrədən zəng edərək, müraciətləri ilə bağlı nəticə olmaması səbəbi ilə Abşeron RPİ-nin və İsmayıllı RPŞ-nin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 10 dekabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 dekabr 2024-cü il tarixdə, saat 09:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 10 dekabr 2024-cü il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndi nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını və şahid ifadələrini və vəkilin fikrini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 10 dekabr 2024-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis əməkdaşlarının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi, onun məsuliyyətdən yayınması məqsədi daşıyır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs etməyi məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli inzibati qaydada tutma protokoluna əsasən 10 dekabr 2024-cü il tarixdən saat 00:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 33, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs etməyi məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli inzibati qaydada tutma protokoluna əsasən 10 dekabr 2024-cü il tarixdən saat 00:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-538/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-538/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver