Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-54/2021 18.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlu sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, xx.xx.1990-cı ildə Ağdam rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Laçın rayonu, Ağca kəndində qeydiyyatda olmaqla, faktiki İsmayıllı rayonu Qalınçaq kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir, ona görə ki, xx xxxxxx 2021-ci il tarixdə yaşadığı İsmayıllı rayonu, Qalınçaq kənd ərazisində özü ilə gəzdirdiyi 1 ədəd “İJ” markalı, 20 çaplı, tək lüləli, 2409 M nömrəli yivsiz lüləli ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlaması müəyyən edilmişdir. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı məlumat verilməsinə baxmayaraq üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şəxs törətmiş olduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərtib edilmiş protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1 (bir) ədəd “İJ” markalı, 20 çaplı, tək lüləli 2409 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilərək, cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1 (bir) ədəd “İJ” markalı, 20 çaplı, tək lüləli, 2409 nömrəli, yivsiz lüləli ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. 1 (bir) ədəd “İJ” markalı, 20 çaplı, tək lüləli, 2409 nömrəli, yivsiz lüləli ov silahı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin anbarına təhvil verilsin. Qərarın cəriməyə aid hissəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-54/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-54/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver