Məhkəmə qərarları › İş №3(037)-541/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-541/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-541/2024 11.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1966-cı il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 11 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Şəxs 11 dekabr 2024-cü il tarixdə İsmayıllı rayonu Mican kəndində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 11 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Elşən Bədəlov izahat verərək göstərdi ki, Şəxs ailə üzvləri və başqa şəxslərlə tez-tez mübahisələri olmuş və bu səbəbdən mübahisəli ailə kimi qeydiyyatdadır. Onun icraatında Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati iş vardır. Mayıs uzun müddətdir başqa ölkədə olduğundan həmin işə baxılması mümkün olmamışdır. Mayıs teztez 102 xidmətinə əsassız yerə müraciətlər etmişdir. Sonuncu dəfə 11 dekabr 2024-cü il tarixdə Mayıs 102 xidmətinə zəng edərək operatorların ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla bağlı məlumat daxil olmuş və polis əməkdaşları ilə birlikdə Mayısın yaşadığı ünvana getmişlər. Həmin vaxt Mayıs qapıya çıxmamış və bir qədər sonra çölə çıxaraq polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt Mayıs sərxoş vəziyyətdə olmuş və ondan ərizə alınması üçün polis şöbəsinə dəvət edildikdə polis şöbəsinə getməkdən imtina edərək nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etsələr də, Mayıs polisin qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdirBundan sonra Mayısın polis şöbəsinə gətirilməsi mümkün olmuş və onun barəsində protokol tərtib edilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, qızı ona telefonla xəbər edərək ərini bıçaqladığını bildirmişdir. O, dərhal 102 xidmətinə zəng etmiş və bu barədə məlumat vermişdir. Lakin həmin vaxt əsəbi olduğundan nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı ünvana gəlmiş və o, çölə çıxdıqda polis əməkdaşları onu avtomobilə məcbur əyləşdirərək rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onu vurmuşlar və o yerə yıxılaraq qolundan xəsarət almışdır. O, bir neçə müddətdir Dubayda olmuş və rayona gəldikdən sonra qardaşı ilə bir qədər spirtli içki qəbul etmişdir. 102 xidmətinə zəng edərək nalayiq ifadələr işlətdiyi üçün peşmandır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili X2 izahat verərək bildirdi ki, 09 dekabr 2024-cü il tarixdə əməliyyat qrupunun tərkibində olmuş və 102 xidmətindən Şəxs barəsində müraciəti daxil olmuşdur. Həmin müraciətdə Şəxs 102 xidmətinə əsassız olaraq zənglər edərək onların ünvanına nalayiq işlətməsi qeyd edilmişdir. Bununla bağlı digər polis əməkdaşları ilə birlikdə Şəxs yaşadığı ünvana getmişdir. Həmin vaxt Mayıs uzun müddət qapıya çıxmayaraq evdə gizlənmişdir. Sonradan o, qapıya çıxmış və müraciətinin səbəbini soruşduqda onlarında ünvanına nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etdikdə o, tabesizlik göstərərərk öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Sonradan polis şöbəsinə dəvət olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 izahat verərək bildirdi ki, o, Mayısın polis şöbəsinin inzibati binasında nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 11 dekabr 2024-cü il tarixli raportdan görünür ki, 11 dekabr 2024-cü il tarixdə saat 09:44də İsmayıllı rayonu Mican kəndində yaşayan Şəxs 020-28-2-57-61 nömrəsindən zəng edərək, dəstəyi açdığı anda 102 operatorlarının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Saat 09:46-da Şəxs yenidən 102 xidmətinə zəng edərək eyni əməli təkrar etmişdir. 11 dekabr 2024-cü il tarixli 472 nömrəli spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 11 dekabr 2024-cü il tarixdə saat 11:25-də tibbi müayinədən keçirilərkən onun yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 11 dekabr 2024-cü il tarixdə İsmayıllı rayonu Mican kəndində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını, şahid ifadələrini və vəkilin fikrini dinləyərək, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tərəflərin izahatları, inzibati xəta haqqında protokollar, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 11 dekabr 2024-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis əməkdaşlarının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən hal aşkar edilməmişdir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək, Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs etməyi məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 11 dekabr 2024-cü il tarixdən saat 12:35-dən hesablansın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 11 dekabr 2024-cü il tarixdən saat 12:35-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar