Məhkəmə qərarları › İş №3(037)-543/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-543/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-543/2024 20.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon X6 X8 nümayəndəsi X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 İsmayıllı rayon X6 X8 26 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X4 məhkəməyə müraciət edərək İsmayıllı rayon X6 X11 tərəfindən 26 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 20 noyabr 2024-cü il tarixində saat 08:30-da İsmayıllı rayon ərazisində ** ST *** dövlət qeydiyyat nişanlı “Azsamand LX” minik markalı avtomobilini idarə edərkən DYPŞ-nin polis mayoru X5 dayandırmış və avtomobilə aid sənədlərini, etibarnaməni yoxlamışdır. Sonra ona əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyini bildirmiş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra 26 noyabr 2024-cü il tarixində barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən təqsirli bilərək cərimə tətbiq edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Ona görə də, İsmayıllı rayon X6 X11 tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv olunmalıdır. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən Elmir Bəylərbəyli məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, barəsində qəbul edilmiş qərarla razı deyil. Çünki o, ötmə əməliyyatını icazə verilən yerdə etmişdir. O, xəta törətmişdirsə, yol patrul xidməti əməkdaşı da həmin xətanı törətmişdir. Çünki həmin vaxt yol patrul xidməti əməkdaşı ötməyə başlamış və səs siqnaldan istifadə etməmişdir. Həmin yeri mütəmadi olaraq hər gün gedib-gəlir və həmin yerdə ötmə əməliyyatına icazə verilir. Ötmə əməliyyatını düz xətt başlamamış həyata keçirmişdir. Bütün bunlara görə qeyd olunan qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İsmayıllı rayon X6 X8 nümayəndəsi X3 izahat verərək göstərdi ki, Qaraməryam-İsmayıllı-Şəki magistral yolunda xidmətdə olarkən oğlu ** ST *** dövlət qeydiyyat nişanlı “Azsamand LX” minik markalı avtomobilin sürücüsü düz xətdə ötmə əməliyyatı aparmış və tərəfindən saxlanılaraq barəsində protokol tərtib edilmişdir. Görüntüdən də, müəyyən edilir ki, sürücü düz xəttin tələbi pozaraq ötmə əməliyyat aparmışdır. Protokol və həmin protokol əsasında qəbul edilmiş qanunidir. Ona görə də, İsmayıllı rayon X6 X11 tərəfindən 26 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş 20 noyabr 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 ** ST *** dövlət qeydiyyat nişanlı “Azsamand LX” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş və bununlada Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 26 noyabr 2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X4 20 noyabr 2024-cü il tarixdə idarə etdiyi ** ST *** dövlət qeydiyyat nişanlı “Azsamand LX” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu üçün. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş DVD-R diskində olan görüntülərə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, X4 20 noyabr 2024-cü il tarixdə idarə etdiyi ** ST *** dövlət qeydiyyat nişanlı “Azsamand LX” markalı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki magistral yolunda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Göründüyü kimi həmin yolda yol nişanlarının tələblərini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına səbəb olan qayda pozuntusu törətmişdir. Ötmə dedikdə, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyi başa düşülür. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 69-cu maddəsinin 6-cı hissəsinin tələbinə əsasən üfiqi nişanlanma xətləri: 1)1.1- əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. 6)1.6-əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir. Həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin tələbinə əsasən üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1)1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Göründüyü kimi tək bütöv xətt əsasən manevr etmək qadağan olunan hallarda tətbiq edilir. Tək bütöv xətti hərəkət hissəsinin kənarı sürücüdən sağda yerləşməsi halından başqa qalan yerlərdə kəsib keçmək qadağandır Tək bütöv xətt məhdud görünüşlü və təhlükəli döngəli 2 və ya 3 zolaqlı yollarda qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxmağı qadağan etmək məqsədi ilə əks istiqamətli nəqliyyat axınlarını ayırmaqdan ibarətdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X4 20 noyabr 2024-cü il tarixdə idarə etdiyi ** ST *** dövlət qeydiyyat nişanlı “Azsamand LX” markalı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki magistral yolunda yol nişanlarının tələblərini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmaqla bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X4 20 noyabr 2024-cü il tarixdə idarə etdiyi ** ST *** dövlət qeydiyyat nişanlı “Azsamand LX” markalı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki magistral yolunda yol nişanlarının tələblərini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Elmir Bəylərli məhkəmə iclasında verdiyi izahatı özünümüdafiə xarakteri daşıyır və işin həqiqi hallarını əks etdirmir Ona görə də, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 100 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, İsmayıllı rayon X6 X8 26 noyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni və əsaslı olduğundan Elmir Bəylərlinin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İsmayıllı rayon X6 X8 26 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar