Məhkəmə qərarları › İş №3(037)-547/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-547/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-547/2024 27.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, X6 İsmayıllı rayon X18 X22 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X12 məhkəməyə müraciət edərək İsmayıllı rayon X18 X22 inspektoru polis serjantı X13 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X12 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyinin İsmayıllı rayon X23 Patrul Xidməti inspektoru Polis-X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı ilə, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzası verilmişdir. Həmin qərarı tam qanunsuz, əsassız və qərəzli hesab edir. Belə ki, qərardan görünür ki, etibarnamə ilə idarə etdiyi “Toyota Prius (HİBRİD) markalı, 99- OP-401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə tam qaydalara uyğun xx.xx.2024-Qi il tarixdə İsmayıllı şəhər İcra Hakimiyyətinin qarşısında olan işıqforda gözləyərək hərəkətini davan etdirərək yolun əks istiqamətini gözləmədən sola dönmə işığı yandırmasına baxmayaraq dönmə əməliyyatı etmişdir. Yol Patrul Xidməti inspektoru X2 xəta pozuntusu kimi onu dayandırdığı halda buna öz etirazını bildirərək, həmin qarşıda gələn avtomobil əslində hərəkət istiqamətinin hərəkən və dönmə işığının bəlli olmamasını və hərəkət istəqamətindən deyil idarə etdiyi nəqliyyat vasitəsini saxlamaq niyyəti üçün önə və geriyə hərəkət etdiyini bildirməsinə baxmayaraq ona protokol tərtib edəcəyini bildirmişdir. Həmin inzibati xəta üzrə patrul avtomobilində olan görüntü kamera sübutunu tələb etsə də, heç bir görüntü təqdim etməyərək protokol tərtib edərək xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar qəbul etmişdir. Əslində tam yalan olduğunu inzibati xəta pozuntu hadisənin xx.xx.2012-ci ıl tarixdə baş verdiyini, lakin yol patrul xidməti inspektoru X4 tərtib etdiyi qərara əsasən hadisə guya xx.xx.2024-cii il tarixdə baş verdiyi yalan qeyd edilməsi məlumatı vardır. Toyota Prins (HİBRİD) markalı. 99- OP-401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cii il tarixdə heç İsmayıllı rayonu ərazisində idarə etməmişdir. Qərarın surətini xx.xx.2024-cü ildə rəsmi olaraq "inzibati xətanın baş verdiyi yerdə İsmayıllı rayonunda” yol patrul xidməti inspektoru X5 həvalə edilmiş yol polis patrul aftomobilində tərtib edilərək almışdır. İştirakı olmadan xx.xx.2024-cii il tarixdə tərtib olunmuş protokola həmin gün iştirakı olmadan saxta qərar çıxarılmışdır. Qeyd etdiklərinə əsasən İsmayıllı rayon X18 X22 xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərarından şikayət verilmiş İsmayıllı rayon X18 X24 və qərardan şikayət vermiş X9 lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, X14 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan İsmayıllı rayon X18 X22 inspektoru polis serjantı X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olsa belə, qərar qanunvericiliyin tələblərinə uyğun qəbul edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından da göründüyü kimi barəsində inzibati iş üzrə icraat aparılan şəxs X14 ona istinad edilən inzibati xəta hadisəsi ilə yerində razılaşmamışdır. Belə olan halda yol patrul xidməti inspektoru polis serjantı X15 protokolu səlahiyyətli şəxsə göndərməli olduğu təqdirdə, həmin protokola baxaraq qərar qəbul etmək səlahiyyəti olmadan xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, İsmayıllı rayon X18 X22 inspektoru polis serjantı X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı rayon X18 X24 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X8 şikayəti qismən təmin olunsun. İsmayıllı rayon X18 X22 inspektoru polis serjantı X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı rayon X18 X24 göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar