Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-555/2023 20.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxx 1986-cı il tarixdə Ucar rayonu Alpout kəndində anadan olmuş, İsmayıllı rayonu Qalınçaq kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 20 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Аzərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarında 2 (iki) ədəd, uzunluğu 24 sm və 40 sm, ümumi təmiz çəkisi 34,84 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkməsi, həmin narkotik vasitənin 13 oktyabr 2023-cü il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindən aşkar edilərək götürülməsi faktı üzrə İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısının 13 noyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə 20 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Elşən Bədəlov izahatında göstərdi ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, yaşadığı evin həyətində iki ədəd yabanı halda narkotik tərkibli bitki bitmişdir. Bir neçə dəfə narkotik vasitədən istifadə etdiyindən həmin bitkini özü istifadə etmək üçün saxlamışdır. 13 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlmiş və evin həyətinə baxış keçirmişlər. Baxış zamanı evin həyətindən həmin narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Həmin bitkini satmaq fikri olmamış, gələcəkdə özü istifadə etmək üçün əkmişdir. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyini söz verir və ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə Ekspertizası Mərkəzinin X5 14 oktyabr 2023-cü il tarixli 17/746 saylı ekspert rəyindən görünür ki, Şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 2 (iki) ədəd, uzunluğu 24 sm və 40 sm, ümumi təmiz çəkisi 34,84 qram olan bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. (ümumi təmiz çəkisi 34,84 qram olan çətənə (kannabis) bitkisindən 0,20 qram (hər bitkidən 0,10 qram) olmaqla tədqiqata sərf edilmiş, qalıq hissənin ümumi çəkisi 34,64 qramdan ibarətdir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin X5 Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza dəyəri 35 (otuz beş) manat 97 qəpik təşkil edir. İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısının 13 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin tərkibi olduğundan materiallar inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs Аzərbaycan Respublikası Qanunverciliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarında 2 (iki) ədəd, uzunluğu 24 sm və 40 sm, ümumi təmiz çəkisi 34,84 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkmiş, həmin narkotik vasitə 13 oktyabr 2023-cü il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını və himayəsində iki azyaşlı uşağın olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, inzibati cərimənin 200 (iki yüz) manat miqdarında müəyyən edilməsini qanunamüvafiq hesab edir. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 34,64 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə aparılmış ekspertizanın dəyəri 35 (otuz beş) manat 97 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X2, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə maddi sübut – tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan və hazırda İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 34,64 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri 35 (otuz beş) manat 97 qəpik məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X2, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-555/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-555/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver