Məhkəmə qərarları › İş №3(037)-56/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-56/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-56/2021 11.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1949-cu il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, İsmayıllı rayonu Lahıc qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu daşla vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. O, həyətyanı torpaq sahəsinə hasar çəkmək istəmiş, Zərərçəkmiş şəxs isə hər dəfə ona mane olmuşdur. xx xxxxxx 2020-ci ildə oğlu Dəyanət Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı torpaq sahəsi ilə öz torpaq sahələrinin sərhədində dəmir lövhələrdən hasar çəkmişdir. Səhəri gün Zərərçəkmiş şəxs məftil toru sökmüşdür. O, xx xxxxxx 2020-ci ildə saat 12:00 radələrində oğlu ilə dəmir məftil toru yenidən bağlamaq istəyərkən Zərərçəkmiş şəxs onları nalayiq ifadələrlə təhqir etmiş və onlar tərəfə daş atmışdır. Zərərçəkmiş şəxs atdığı daşlardan biri onun kürək nahiyəsinə, digəri çənəsinə dəymiş, daha sonra müvazinətini itirərək daş örtüklü yerə yıxılmışdır. Ayaq üstə qalxdıqdan sonra o da yerdən daş götürərək Zərərçəkmiş şəxs tərəf atmış, lakin daşın ona dəyib-dəymədiyini görməmişdir. O, yaşlı insandır, fiziki gücü zəif olduğundan atdığı daş Zərərçəkmiş şəxs xəsarət yetirə bilməzdi. Zərərçəkmiş şəxsnın isə daş atması nəticəsində o xəsarət almış, aldığı xəsarətlərdən bir müddət Bakı şəhərində müalicə olunmuşdur. Zərərçəkmiş şəxs onun və ailəsinin yaşamağına mane olur, onu nalayiq ifadələrlə təhqir edir, onu mobil telefona çəkir. O, Zərərçəkmiş şəxs ilə barışmaq istəmir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, anası vəfat etdikdən sonra o, Lahıc qəsəbəsində tək yaşayır. Şəxs onun qonşusudur. Onların münasibətlərinin pozulmasının səbəbi həyətyanı torpaq sahələrinin sərhədində hasarın çəkilməsi ilə bağlı olmuşdur. O, bir neçə gün yaşadığı evdə olmamış, evə gələn zaman Şəxs və oğlu Dəyanət Səmədov tərəfindən onun icazəsi olmadan torpaq sahələri arasında məftil torun sökülərək dəmir hasar çəkildiyi ona məlum olmuşdur. xx xxxxxx 2020-ci ildə saat 12:00 radələrində o, evinin eyvanında dayandığı zaman Şəxs və oğlu Dəyanət Səmədovun həyətyanı torpaq sahələrinin sərhədində dayandıqlarını görmüşdür. Onlara dəmir hasar çəkərkən onun torpaq sahəsinə daxil olduqlarını bildirmişdir. Şəxs ona burada heç nəyinin olmadığını deyərək onu nalayiq ifadələrlə təhqir etmiş və ona daş atmışdır. Bu zaman Şəxs atdığı daş onun qoluna dəymişdir. O da yerdən bir neçə daş götürərək Şəxs tərəf atmışdır. Şəxs onun şərəf və ləyaqətini alçaltmış və ona xəsarətlər yetirmişdir. Şəxs və oğlu Dəyanət Səmədov kamera yerləşdirməklə yaşadığı evə nəzarət edir, evində və həyətində sərbəst hərəkət etməsinə mane olur və onu nalayiq ifadələrlə təhqir edirlər. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 xx xxxxxx 2020-ci il tarixli 450 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sağ saidin qançırı küt alət (əşya) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi üzrə inzibati tədbir görülməsi üçün şöbənin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu daşla vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar aşkar edilmədi. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 48-51, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar