Məhkəmə qərarları › İş №3(037)-57/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-57/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-57/2025 18.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 31 avqust 1988-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, M.F.Axundov prospekti, ev 23, mənzil 4-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, usta işləyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 18 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 03 yanvar 2025-ci il tarixdə saat 17:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi ”Mitsubishi Chariot” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən, piyada Zərərçəkmiş şəxs vurması və nəticədə sonuncunun yüngül dərəcəli bədən xəsarəti alması faktı üzrə 17 yanvar 2025-ci il tarixli qərarı cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində inzibati tədbir görülməsi üçün BDYPİ-nin YPXA-na göndərilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü taqımı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 04 fevral 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü taqımına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs xəsarət almışdır. Qarşı tərəfə dəymiş ziyanı ödəmişdir və ona qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 17 fevral 2024cü il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Məhkəmə-Tibbi Ekspertiza və X1 08 №-li 10 yanvar 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan hər iki gözaltı nahiyyənin qansızması, burun belinin, sağ dirsək, sağ diz oynağı nahiyyəsinin sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 03 yanvar 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. 17 yanvar 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində inzibati tədbir görülməsi üçün BDYPİ-nin YPXA-na göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 03 yanvar 2025-ci il tarixdə saat 17:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi ”Mitsubishi Chariot” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən, piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə sonuncu yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar