Məhkəmə qərarları › İş №3(037)-592/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-592/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-592/2023 19.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə İsmayıllı rayonu 2-ci Cülyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Cülyan kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 19 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəki Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş, 08 may 2021-ci il tarixli, 2 (107) – 54/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 35061 (otuz beş min altmış bir) manat məbləği alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 35061 (otuz beş min altmış bir) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə 19 dekabr 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, icra vərəqəsinin icrası ilə əlaqədar bir neçə dəfə Şəxs şöbəyə dəvət edilmiş və ondan borcun ödənilməsi tələb olunmuşdur. Şəxs izahatında daimi iş yeri olmadığını və borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Bu gün Şəxs yenidən icra şöbəsində dəvət olunmuş və şöbədə olarkən tələbkara olan borcunu tam şəkildə ödənildiyini bildirmişidr. Belə ki, 01 sentyabr 2021-ci il tarixdə X3 nümayəndəsi X8 notarial qaydada təsdiq olunmuş ərizə ilə icra şöbəsinə müraciət edərək icra sənədi üzrə tələb tam şəkildə Şəxs tərəfindən icra olunduğunu, ona qarşı tələb və şikayətinin olmadığını Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-54/2021 saylı icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Həmin ərizə üzrə icra işinin icraatına xitam verilmişdir. Bir neçə ay sonra tələbkar Zərərçəkmiş şəxs Şəki Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək borcunu tələb etmiş və Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilərək icra sənədi yenidən icra olunması üçün onlara göndərilmişdir. Hazırki günədək Şəxs borc məbləğindən heç bir məbləğdə ödəniş etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, borcun ödənilməsindən boyun qaçırmır. Buna baxmayaraq ki, həmin borcu tələbkarın nümayəndəsinə tam şəkildə ödəmiş və nümayəndə borcun tam şəkildə ödənilməsi ilə əlaqədar ərizə vermişdir. Lakin sonradan hansı əsasla həmin borc ondan tələb olunduğunu başa düşmür. Ona görə də, bu işin araşdırılması üçün ona vaxt verilməsini istəyir. Həmçinin həmin vaxt ərzində borcun ödənilməsi ilə bağlı hərəkətlər edəcəkdir. O, əvvəllər hərbi işləmiş və bu borca görə işdən azad olunmuşdur. Hazırda rəsmi iş yeri yoxdur və işlə təmin olunması ilə bağlı məşğulluq idarəsinə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ona müəyyən müddət vaxt verilməsini məhkəmədən xahiş edir. X1 hazırki məhkəmə iclasında iştirak etmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: X3 nümayəndəsi X4 Bakı şəhəri 6 saylı Notariat Ofisində təsdiqlənmiş 01 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, icra sənədi üzrə tələb tam şəkildə Şəxs tərəfindən icra olunduğunu, ona qarşı tələb və şikayətinin olmadığını Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-54/2021 saylı icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(107)-54/2021 saylı qərardadından görünür ki, tələbkar Zərərçəkmiş şəxs şikayəti təmin olunaraq İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-54/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün yenidən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 19 dekabr 2023-cü il tarixli, 45/2278/23 saylı məktubundan görünür ki, Şəxs icra vərəqəsi üzrə ödənilməmiş qalan 35061 (otuz beş min altmış bir) manat məbləğində borcun ödənilməsini təmin etməkdən yayınmış, borcun tam şəkildə ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəki Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş, 08 may 2021-ci il tarixli, 2 (107) – 54/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 35061 (otuz beş min altmış bir) manat məbləği alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq tələbkara ödənilməli olan 35061 (otuz beş min altmış bir) manat borcu ödənilməmiş qalmışdır. Şəxs hazırki günədək borc məbləğindən heç bir məbləğdə ödəniş etməmiş və qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını və vəkilin fikrini dinləyərək qərara gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, tələbkara ödənilməli olan məbləğin miqdarını nəzərə alaraq inzibati həbsin müddətinin 12 (on iki) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 19 dekabr 2023-cü il tarixdən saat 16:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 19 dekabr 2023-cü il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar