Məhkəmə qərarları › İş №3(037)-6/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-6/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-6/2021 07.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, X1 rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından iddia ərizəsi ilə müraciətinə məhkəmədə baxılmasına hazırlanması zamanı baxılaraq müəyyən e t d im: X4 iddia ərizəsi adı ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizəyə baxılması qeyri-mümkündür və ona görə də geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb toplanmaması məsələlərini həll edir. İddia ərizəsinin məzmunundan görünür ki, X1 rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından şikayət vermək istəmiş, lakin göndərdiyi ərizəsini qeyd edilən qərardan şikayət kimi yox, iddia ərizəsi kimi göndərmişdir. X4 ərizəsini qanuna müvafiq qaydada tərtib etməmiş, məhkəmədən nə istəməsi ilə bağlı fikrini tam formalaşdırmamışdır. Göstərilən hal isə işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də X2 iddia ərizəsi geri qaytarılmalıdır. Ərizəçiyə izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq q ər a r a a l d ı m: X2 iddia ərizəsi adı ilə göndərdiyi ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə X3 izah edilsin. Sədr Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar