Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-60/2021 15.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxxx 1995-ci il tarixdə Laçın rayonu Bülüldüz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Laçın rayonu Ərdəşəvi kəndində qyediyyatda olmaqla, İsmayıllı rayon İsmayıllı kəndində yaşayan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 13 radələrində İsmayıllı şəhəri Nizami küçəsində idarə etdiyi “VAZ-2121” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi etməsi ilə bağlı İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq araşdırma aparılması üçün polis şöbəsinə dəvət edilərkən onun polis şöbəsinə getməkdən imtina edərək ucadan səs-küy salması, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radələrində İsmayıllı şəhəri, Nizmai küçəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı üçün rayon polis şöbəsinə dəvət olunmuş və izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi “VAZ-2121” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, Nizami küçəsində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları avtomobilinə saxla işarəsi vermişdir. Polis əməkdaşı Rafiq Əzizov ona yaxınlaşaraq avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün onu avtomobili ilə birlikdə rayon polis şöbəsinə dəvət etmişdir. Buna etiraz edərək polis şöbəsinə getməkdən imtina etmiş və əsəbi halda polis əməkdaşları ilə mübahisə etmişdir. Bir qədər sonra oraya digər polis əməkdaşları gəlmiş və avtomobili ilə birlikdə rayon polis şöbəsinə aparılmışdır. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru X6 göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radələrində yol patrul xidməti inspektoru Pünhan Mahmudovla birlikdə İsmayıllı şəhəri, Nizami küçəsində xidmətdə olarkən “VAZ-2121” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin görünüşündə konstruksiya dəyişikliyi olduğu üçün sürücüyə saxla işarəsi verildi. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və avtomobildə olan qayda pozuntusunu izah etmişdir. Həmin konstruksiya dəyişikliyinin yerində aradan qaldırılması mümkün olmadığı üçün sürücünü avtomobili ilə birlikdə rayon polis şöbəsinə dəvət etdik. Lakin sonradan şəxsiyyəti məlum olan Şəxs ucadan ünvansız nalayiq söyüşlər söyərək, heç yerə getməyəcəyini bildirdi. Şəxs nizam-intizama dəvət etsələr də o, ətrafda olan sakinlərin narahatçılığına səbəb olan hərəkətlər edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra əraziyə post patrul xidməti əməkdaşları dəvət olunmuş və sürücü avtomobili ilə birlikdə polis şöbəsinin mühafizə olunan duracağına gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru X4 da şahid X3 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 14 saylı RƏF İsmayıllı rayon Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, **********6 saylı arayışından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almadığı qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 13 radələrində İsmayıllı şəhəri Nizami küçəsində idarə etdiyi “VAZ-2121” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq araşdırma aparılmasına görə polis şöbəsinə dəvət edilmiş və o, polis şöbəsinə getməkdən imtina edərək ucadan səs-küy salaraq onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin və şahidlərin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 25 (iyirmi beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxx 2021-ci il tarixdə saat 16:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxx 2021-ci il tarixdən saat 16:15-dən hesablansın. İnzibati həbs müddəti xx xxxx 2021-ci il tarixdə saat 16:15-də başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-60/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-60/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver