Məhkəmə qərarları › İş №3(037)-612/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-612/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-612/2023 30.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon X4 X7 nümayəndəsi X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 İsmayıllı rayon X4 X7 22 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X3 məhkəməyə müraciət edərək İsmayıllı rayon X4 X10 tərəfindən 22 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən Natiq Ələsgərov məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, 22 dekabr 2023-cü il tarixdə yaşadığı evdən ailəsi ilə birlikdə çıxaraq idarə etdiyi avtomobillə rayon xəstəxanası gedirmiş. İdarə etdiyi avtomobillə işıqfora yaxınlaşdıqda, işıqforun sarı işığında hərəkətini davam etdirmişdir. Bu zaman yol patrul xidməti əməkdaşları avtomobilinə saxla işarəsi vermişdir. Polis əməkdaşı ona yaxınlaşaraq işıqforu qırmızı işıqda keçdiyini bildirmiş və o, əksinə işıqforun sarı işığında hərəkət etdiyini bildirmişdir. Bu zaman görüntüyə baxılmış və onun işıqforu sarı işıqda keçdiyi məlum olmuşdur. Həmin vaxt xidməti avtomobildə olan digər polis əməkdaşı ona yaxınlaşaraq, harada işlədiyini ondan soruşmuşdur. O, adi vətəndaş olduğunu və harada işlədiyinin hazırki işə aidiyyəti olmadığını bildirdikdə, polis əməkdaşı ona “görərsən mən kiməm sən kimsən” deyə bildirmişdir. Bundan sonra onun barəsində protokol tərtib olunmuşdur. Əvvəllərdə bir neçə dəfə haqsız yerə onun barəsində protokol tərtib edilmişdir. Barəsində qəbul edilmiş qərarı əsassız hesab edir. O, həmin vaxt işıqforun sarı işığında hərəkətini davam etdirmiş və hərəkəti zamanı heç bir təhlükəli vəziyyət yaratmamışdır. Ona görə də, İsmayıllı rayon X4 X10 tərəfindən 22 dekabr 2023cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İsmayıllı rayon X4 X7 nümayəndəsi X8 oğlu izahat verərək göstərdi ki, X6 Qanunun 59-cu maddəsinə əsasən nizamlanan yol ayrıcı ilə tənzimlənir. AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulub ki, əgər svetoforun qadağanedici nişanında hərəkət davam etdirilsə 80 manat və 3 bal məbləğində inzibati qaydada cərimə edilir. Həmin vaxt sürücüyə yaxınlaşaraq törətdiyi inzibati xəta ona izah olunmuşdur. Belə ki, X6 Qanunun 59-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulub ki, sarı işıqdan qırmızı işığa keçərkən hərəkət ümumiyyətlə məhdudlaşdırılır. Natiq Ələsgərov həmin vaxt idarə etdiyi avtomobillə svetoforun qırmızı işığında hərəkətini davam etdirmiş və ona görə də, onun barəsində protokol tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla şikayətin təmin edilməməsini və qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 22 dekabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 “X9 3” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirilməsi halına yol vermişdir. 22 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 İXM-in 327.2-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. “X6” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İV bəndinə əsasən Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Həmin Qanunun İİ bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: Yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); Həmin Qanunun İİİ bəndinə əsasən sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. Həmin Qanunun 76-cı maddəsinin dördüncü hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. İş materialına əlavə edilmiş diskdən görünür ki, X3 22 dekabr 2023-cü il tarixdə idarə etdiyi “X9 3” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində hərəkətdə olarkən və svetoforu keçərkən svetoforun qadağanedici işarəsi verilməmişdir. Məhkəmə hesab edir ki, “X9 3” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil “X6” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin dördüncü hissəsinə əsasən haqlı olaraq yolayrıcına girdiyi üçün svetoforun icazə siqnalı yanarkən nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etmişdir. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.1 və 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: İXM-in 134.1.2-ci maddəsinə görə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməli, İsmayıllı rayon X4 X7 yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş 22 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-135-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı rayon X4 X7 yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş 22 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar