Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-616/2023 27.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1966-cı ildə İsmayıllı rayonu Sulut kəndində anadan olmuş, İsmayıllı rayonu Mican kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 27 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 23 oktyabr 2020-ci il tarixdə İsmayıllı rayonu Mican kəndində faktiki nikahda olduğu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X5 Qrupunun təhqiqatçısı Hüseyn Rüstəmlinin 04 dekabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 27 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Zahir Məhərrəmli izahatında göstərdi ki, Şəxs Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində olan inzibati xəta haqqında protokola baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə iki ildir ki, faktiki nikahla ailə qurub bir yerdə yaşamışlar. Tamilə bir neçə dəfə qohumu Nuray adlı qadının evinə gedib-gəlirmiş. O, da Tamilənin həmin qadının evinə getməsinə icazə verməmişdir. Sonuncu dəfə Tamilə həmin qadının evinə getmiş və iki gün orada qalmışdır. 23 oktyabr 2023-cü il tarixdə Tamilə evə qayıtdıqda onun evdən çıxmasını tələb etmişdir. Çünki artıq onun başqa kişi ilə görüşdüyünü bilmişdir. Həmin vaxt Tamilə ilə aralarında mübahisə yaransa da, onu vurmamış, itələməmiş və Tamiləyə hər hansı xəsarət yetirməmişdir. Tamilənin qıçından xəsarət alması həmin vaxt baş verməmişdir. Həmin orada qardaşı gəlini Aygül də orada olmuşdur. Tamilənin dedikləri şər və böhtandır. Onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Əlizadə son vaxtlar onun qonşuluqda yaşayan qohumu Nurayın evinə gedib-gəməsinə narazılıq etmişdir. Bu səbəbdən 23 oktyabr 2023-cü il tarixdə Əlizadə ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Əlizadə onun sinəsindən tutaraq itələmiş və o, yer yıxılmışdır. Yerə yıxılarkən dizi yerə dəymiş və xəsarət almışdır. Ayağa alxdıqda Əlizadə yenidən onu itələyərək yerə yıxmışdır. Həmin vaxt orada Əlizadənin qardaşı gəlini Aygül də orada olmuşdur. Aygül ona kömək etmiş və qanayan ayağına perekis vurmuşdur. Bundan sonra Əlizadədən ayrılmış və başqa bir şəxslə faktiki nikahla ailə qurmuşdur. Hazırda o, Əlizadəni bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid X4 izahat verərək göstərdi ki, Əlizadə onun ərinin əmisidir. Hadisə zamanı orada olmuş və Əlizadə ilə Tamilənin mübahisə etdiklərini görmüşdür. Əlizadənin Tamiləni itələməsini və Tamilənin yıxılaraq ayağından xəsarət almasını görməmişdir. Həmin vaxt onlar mübahisə etsələr də, Əlizadə Tamiləyə hər hansı xəsarət yetirməmişdir. Həmçinin Tamilənin bildirdiyi kimi onun ayağına perekis vurmamış və onun ayağında hər hansı xəsarətin olmasını görməmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X3 558 №-li xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol diz oynağı nahiyəsinin piqmentasiya sahəsi qançır izi olub küt əşya (alət) təsirindən törənmiş, törənmə müddəti Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsindən 2-3 həftə əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon X5 Qrupunun təhqiqatçısı polis kapitanı Hüseyn Rüstəmlinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsinin təmin edilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin və şahidin izahatlarını, vəkilin fikrini dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi zahir Məhərəmmli tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs 23 oktyabr 2023-cü il tarixdə yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyməsi göstərilmişdir. Lakin həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi faktı üzrə işdə kifayət qədər sübutlar yoxdur. Belə ki, Şəxs 23 oktyabr 2023-cü il tarixdə İsmayıllı rayonu Mican kəndində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu qəsdən döyməsini görən hər hansı bir şəxs olmamışdır. İş üzrə şahid qismində izahat vermiş Aygül Dadaşova da Şəxs Zərərçəkmiş şəxs vurduğunu və ya ona hər hansı bir xəsarət yetirdiyini görmədiyini bildirmişdir. Şəxs Zərərçəkmiş şəxs döyməsini Zərərçəkmiş şəxs özündən başqa təsdiq edən digər sübut yoxdur. Həmçinin iş materiallarına olan Məhkəmə-Tibbi Ekspertiza və X3 558 №-li xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol diz oynağı nahiyəsinin piqmentasiya sahəsi qançır izi olması, onun məhkəmə tibbi müayinəsindən 2-3 həftə əvvələ uyğun gəlir. Bununla da, Zərərçəkmiş şəxs ekspert rəyində göstərilən tarixdə xəsarət almasına baxmayaraq, onun həmin xəsarəti 23 oktyabr 2023-cü il tarixdə baş vermiş mübahisə zamanı aldığını iddia etməsi ziddiyətlidir. Şəxs Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq onu qəsdən döyməsini və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmamışdır və həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsinin Əlizadə Dadaçov tərəfindən törədilməsi istisna edilir. Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inizbati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından, habelə Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-616/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-616/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver