Məhkəmə qərarları › İş №3(037)-62/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-62/2021

06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-62/2021 06.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əifqan qızının katibliyi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru: X1 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə İsmayıllı rayonun Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, İsmayıllı rayon Bizlan kəndində qeydiyyatda olan və Qubaxəlilli yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu Şəxs, 2007-ci il təvəllüdlü Tural və 2011-ci il təvəllüdlü Türkan adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ondan tutulmalı olan hər ay üçün 274 manat sabit pul məbləğində alimentin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 2007ci il təvəllüdlü Tural və 2011-ci il təvəllüdlü Türkan adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay üçün 274 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu aliment borcunu ödəməmişdir. Hazırda Şəxs tələbkara olan aliment borcu 722 manat təşkil edir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan 2016-cı il təvəllüdlü 2007ci il təvəllüdlü Tural və 2011-ci il təvəllüdlü Türkan adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay üçün 274 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs ərizəsində aliment borcu barədə icra şöbəsini narahat etməyəcəyini, onun aliment borcuna görə heç bir icra məmuru və hüquq mühafizə orqanları tərəfindən narahat edilməməsini xahiş etmişdir. O, mülkiyyətində olan fərdi yaşayış evini tələbkara vermiş, hazırda həmin evdə tələbkar uşaqları birlikdə yaşasa da, evin kommunal xərclərini və maddi imkanı olduqca aliment borcunu ödəyir. Hazırda özü heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Maddi imkanı ağır olsa da, o, xx.xx.2021-ci il tarixdə tələbkara olan aliment borcundan 200 manat pul ödəmişdir. Bundan sonra da aliment borcunu ödəməkdə davam edəcək. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs hazırki işə baxılmasına dair məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. İşdə olan Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 2007-ci il təvəllüdlü Tural və 2011-ci il təvəllüdlü Türkan adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay üçün 274 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan tələbkar Miriyeva (Abdullayeva) Sevinc Mirzəqulu qızı tərəfindən yazılmış ərizədən görünür ki, borclu Şəxs ona olan aliment borcu öz aralarında hissə-hissə ödəməyə razı olduğunu, bundan sonra aliment barədə o Binəqədi rayonu icra şöbəsini narahat etməyəcəyini və aliment borcuna görə Şəxs heç bir icra məmuru və hüquq mühafizə orqanları tərəfindən aliment borcuna görə narahat edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs tələbkarın yaşadığı mənzilin kommunal xərclərini ödəmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları, borclunun izahatı ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə yığılmış aliment borcundan 200 manat pul ödəmiş, qalan borcunun ödənilməsi barədə tələbkarla aralarında qarşılıqlı razılaşma olmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar