Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-62/2023 08.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə 24 avqust 1961-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, İİ qrup əlil olmaqla sosial müavinət alan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 08 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 11 oktyabr 2022-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı rayonu İsmayıllı kəndində oğlu Asim İsayevin yaşadığı evdə gəlini Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının 29 dekabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 08 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Mirdamət Nəzərli izahatında göstərdi ki, Şəxs 11 oktyabr 2022-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı kəndində oğlu Asimin yaşadığı evdə Asimin arvadı Mehribanı döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirildiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, oğlu Asim İsayevlə gəlini Zərərçəkmiş şəxs ailə qurduqları ilk vaxtlardan münasibətləri normal olmamışdır. Tez-tez ailə daxili mübahisələri baş vermişdir və Asim artıq Mehribanla birgə yaşamağının mümkün olmadığını anlamışdır. Hazırda onların boşanmaları ilə bağlı iş məhkəmənin icraatındadır. Asim onunla qonşuluqda yaşayır. 11 oktyabr 2022-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evdə olarkən Asimin evindən səs-küy gəldiyini eşitmiş, digər oğlu Vasiflə birlikdə Asimin evinə getmişlər. Həyətə çatdıqda Mehribanla Asimin mübahisə etdiyini eşitmiş, Vasifə həyətdə gözləməsini bildirmiş və özü evə çıxmışdır. Evə çıxdıqda Mehribanın uca səslə səs-küy salaraq Asimlə mübahisə etdiyini görmüşdür. Bu hal əvvəllərdə bir neçə dəfə təkrar olduğundan bərk əsəbləşmiş və Mehribanın qolundan tutaraq onu evdən çıxarmağa çalışmışdır. Bundan sonra Mehriban qapının ağzında əsəbi halda öz üzünə, başına, sinəsinə əli ilə vurmağa başlamışdır. Bundan sonra evdə olan azyaşlı uşaqları sürüyərək evdən çıxarmış və küçəyə çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, Mehriban polis şöbəsinə zəng edərək şikayət etmişdir. Barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki, o, həmin vaxt Mehribanı vurmamış və ona hər-hansı xəsarət yetirməmişdir. Sadəcə Mehribanın evdən çıxması üçün qolundan tutmuşdur. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Asimlə ailə qurduqları vaxtdan münasibətləri normal olmamışdır. 11 oktyabr 2022-ci il tarixdə yaşadığı evdə olarkən qaynatası Şəxslə telefonla danışmış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Vahid onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O Vahidin dediklərini özünə qaytarmışdır. Həmin vaxt əri Asim evdə olmamışdır. Bir qədər sonra qaynı Vasif onun yaşadığı evə gəlmişlər. Vasif ondan qapını açmasını tələb etmiş və onu hədələmişdir. O, bərk qorxmuş və 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra Vahidlə Asim evə gəlmiş və Asim öz açarı ilə qapını açmışdır. Onlar evə çatmış və Vahid onun saçından və boğazından tutaraq onu yerlə sürüyərək evdən çıxarmışdır. Həmin vaxt əri Asimlə qaynı Vasif ona vursalarda təhqiqatçı tərəfindən bu fakta qiymət verilməmişdir. Hazırda Vahidi bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X3 555 №-li 18 oktyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – boynun, hər iki bazunun, sağ əlin, hər iki sağrı nahiyyəsinin qançırları və sol əlin sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 11 oktyabr 2022-ci il tarixdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon X4 Bölməsinin təhqiqatçısı Qoşqar aslanlının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, MŞəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti onların hər biri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 11 oktyabr 2022-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı rayonu İsmayıllı kəndində oğlu Asim İsayevin yaşadığı evdə gəlini Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi, onun məsuliyyətdən yayınması məqsədi daşıyır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə X6 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, İİ qrup əlil olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-62/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-62/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver