Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-63/2021 18.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 2020-ci ilin fevral ayından iyun ayına kimi olan müddət ərzində İsmayıllı rayonu Mican kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə daxil olaraq hər birinin dəyəri 10 (on) manat olan iki ədəd köynək, bir ədəd 40 (qırx) manat dəyərində olan laqonda aparatını və 20 (iyirmi) manat dəyərində olan kafelləri oğurlaması və ümumilikdə Zərərçəkmiş şəxs 80 (səksən) manat miqdarında maddi ziyan vurması faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Vüqar Qarayevin xx xxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyil. Ona görə də protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 95.2-ci maddəsinə əsasən götürülmüş əşyaların qiymətləri dövlət tərəfindən tənzimlənirsə, dövlət tənzimləmə qiymətləri tətbiq edilir. Digər hallarda götürülmüş əşyaların qiyməti bazar qiymətinə əsasən qiymətləndirilir. Göstərilən qaydada qiymətləndirmə mümkün olmadıqda, götürülmüş əşyaların qiyməti ekspertin rəyi əsasında müəyyən edilir.. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli cinayət işi başlanması rədd edilməsi barədə qərar və xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək İsmayıllı rayonu Mican kəndi ərazisində yerləşən fərdi yaşayış evindən hər birinin dəyəri 10 (on) manat olan iki ədəd köynək, bir ədəd 40 (qırx) manat dəyərində olan laqonda aparatını və 20 (iyirmi) manat dəyərində olan kafelləri oğurlanaraq ümumilikdə ona 80 (səksən) manat maddi ziyan vurulmasını bildirmişdir. Araşdırma aparan İsmayıllı rayon Polis şöbəsinin təhqiqatçısı Vüqar Qarayev tərəfindən 2 (iki) ədəd köynək, 1 (bir) ədəd laqonda aparatı və kafellərin orta bazar qiyməti müəyyən edilməmiş və Zərərçəkmiş şəxs hansı miqdarda maddi ziyan vurulması araşdırılmamışdır. Zərərçəkmiş şəxs polis şöbəsində izahat verərkən oğurlanmış əşyaların 80 (səksən) manat məbləğində olmasını bildirmiş və təhqiqatçı Zərərçəkmiş şəxs verdiyi izahatı əsas götürərək cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə Seyidov X1 rayon Mican kəndində Zərərçəkmiş şəxs məxsus yaşayış evindən laqonda aparatı və digər əşyaları oğurlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.6 və 100.1.9- cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin tələbindən göründüyü kimi inzibati xəta üzrə zərərçəkmiş şəxs olmalıdır. Lakin tərtib edilmiş inzibati xəta haqqında protokolda zərər çəkmiş şəxsin adı, atasının adı, soyadı və onun yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi zərər barədə qeydlər göstərilməmişdir Göründüyü kimi təhqiqatçı vurulmuş ziyanın dəyərinin müəyyən edilməsinə dair ekspert rəyi almadan və dəymiş ziyanın məbləğini müəyyən etmədən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmçinin polis sahə rəisi də inzibati xəta haqında protokol tərtib edərkən vurulmuş ziyanın məbləğini araşdırmamış və ziyanın məbləği barədə müvafiq sənədi iş materiallarına əlavə etməmişdir. Dəymiş zərər barədə mütəxəssis rəyi təqdim edilmədən isə törədilmiş əməlin inzibati xəta tərkibi və ya cinayət tərkibi yaratmasını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında material vurulmuş ziyanın məbləği müəyyən edilmədən tərtib olunduğundan, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material İsmayıllı rayon Polis Şöbəsinə qaytarılsın. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-63/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-63/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver