Məhkəmə qərarları › İş №3(037)-63/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-63/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-63/2023 08.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə İsmayıllı rayonu Ağbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİİ qrup əlil olmaqla sosial müavinət alan, İsmayıllı rayonu Ağbulaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 08 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2 (037) – 537/ 2021 saylı qətnaməsi qətnaməsi üzrə verilmiş 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən 15 may 2021-ci il tarixdən başlayaraq Şəxs 15 aprel 2015-ci il təvəllüdlü X8 və 20 avqust 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Əsədova (Piriyeva) Səbinə Kazım qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 2600 (iki min altı yüz) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 08 fevral 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə 09 fevral 2023-cü il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Şəxs aliment məbləğinin ödənilməsi və icra sənədinin icrasının təmin olunması tələb olunsa da, o yaranmış borcu ödəməyəcəyini bildirmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Səbinə Piriyevaya olan 2600 (iki min altı yüz) manat aliment borcunu ödöməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahat verərək göstərdi ki, aliment məbləği təyin olunduqdan sonra hər ay ödənişlər etmişdir. Hazırda 10 ayın ödənməyən aliment borcu vardır. Həmin 10 ay müddətində tələbkar Səbinə Piriyeva ilə barışara Bakı şəhərində bir yerdə yaşamışlar və həmin müddətdə ailəsinin bütün maddi təminatını ödəmişdir. Həmin müddətdə Səbinə hamilə olmuşdur, lakin sonradan uşaq tələf olmuşdur. Buna baxmayaraq sonradan yenidən Səbinə ilə ayrılmışdır. Bu səbəbdən yaranmış 2600 (iki min altı yüz) manat məbləğində aliment borcunu ödəməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X5 (Əsədova) izahat verərək göstərdi ki, nikahları pozulduqdan sonra Əsədin Bakı şəhərində olan evinə ona yaşayış hüququ verilmişdir. Uşaqları Bakı şəhərində təhsil aldıqları üçün bir neçə ay həmin evdə yaşamalı olmuşdur. Lakin sonradan həmin evdə yaşaya bilməyəcəyini görmüş və uşaqları ilə birlikdə İsmayıllı rayonuna ata evinə qayıtmışdır. Həmin evdə yaşadıqları müddətdə uşaqlarının maddi təminatını atası ödəmişdir. Əsədin qeyd etdikləri yalandır. O, yaranmış 2600 (iki min altı yüz) manat məbləğində aliment borcunu tələb edir. Uşaqları məktəblidir və onların maddi təminatı üçün xeyli vəsait tələb olunur. Şəxs aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınması nəzərə alınaraq onun qanuna müvafiq qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 08 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs 2600 (iki min altı yüz) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2 (037) – 537/ 2021 saylı qətnaməsi qətnaməsi üzrə verilmiş 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən 15 may 2021-ci il tarixdən başlayaraq Şəxs 15 aprel 2015-ci il təvəllüdlü X8 və 20 avqust 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Əsədova (Piriyeva) Səbinə Kazım qızına ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Səbinə Piriyevaya (Əsədovaya) ödənilməli olan 2600 (iki min altı yüz) manat aliment borcu ödənilməmiş qalmışdır. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə 08 fevral 2023-cü il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 08 fevral 2023-cü il tarixdə saat 17:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 33, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 08 fevral 2023-cü il tarixdə saat 17:45-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar