Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-65/2023 10.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Abdullayev Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə, xx xxxxx 1989-cu il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, M.Əsədov küçəsi, ev 43-də yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Abdullayev Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 10 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2 (037) – 1145/ 2018 saylı qətnaməsi üzrə verilmiş 04 yanvar 2019-cu il tarixli icra vərəqəsinə əsasən Abdullayev Şəxs 500 manat dəyərində 1 ədəd şifoner, 250 manat dəyərində 1 ədəd termo, 150 manat dəyərində 1 ədəd “evrolux” markalı ətçəkən maşın, 1026 manat dəyərində 1 ədəd 583 əyarlı 27 qramlıq boyunbağı, 608 manat dəyərində 1 cüt 583 əyarlı 16 qramlıq sırğa dəsti, 570 manat dəyərində 1 ədəd 583 əyarlı 15 qramlıq qolbaq, 380 manat dəyərində 1 ədəd 583 əyarlı 8 qramlıq üzükdən ibarət əmlaklar, həmin əmlaklar olmadıqda isə onların dəyəri olan cəmi 3784 (üç min yeddi yüz səksən dörd) manat pul məbləği alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 3784 (üç min yeddi yüz səksən dörd) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10 fevral 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs Abullayev icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclunun yaşadığı evə baxış keçirilmiş və həmin evdə icra vərəqəsində qeyd olunan əmlaklar aşkar edilməmişdir. İcra şöbəsində Şəxs Abdullayev izahat verərkən icra vərəqəsini icra etməyəcəyini bildirmişdir. Bundan başqa borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə 10 fevral 2023-cü il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs Abdullayev izahat verərək göstərdi ki, icra vərəqəsində qeyd olunan əmlaklardan 1 ədəd şifoner və 1 ədəd termo Bakı şəhərində atasına məxsus evdədir. Lakin həmin əşyaları Zərərçəkmiş şəxs qaytarmamışdır. Digər əmlakları isə birgə nikah dövründə sataraq əldə olunan pulla Aysel ilə özünün müalicə xərclərinə ödəmişlər. O, hepatit xəstəliyindən əziyyət çəkir və səhhəti ilə bağlı heç yerdə işləmir. Bu səbəbdən icra vərəqəsinin icra edə bilməmişdir. İcra vərəqəsində qeyd olunanlardan yalnız 1 ədəd şifoner və 1 ədəd termonu Ayselə verə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs Abdullayev icra vərəqəsinin icrasından qərəzli olaraq yayınır. Hazırda icra vərəqəsində qeyd olunan əmlakları, həmin əmlaklar olmadığı təqdirdə onların dəyərini tam şəkildə Şəxs tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs Abdullayevin inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 10 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Abdullayev Şəxs icra vərəqəsində qeyd olunan nə əmlakları, nə də əmlakların dəyəri olan 3784 (üç min yeddi yüz səksən dörd) manat məbləğində pulu Zərərçəkmiş şəxs ödənilməsini təmin etməmişdir. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2 (037) – 1145/ 2018 saylı qətnaməsi üzrə verilmiş 04 yanvar 2019-cu il tarixli icra vərəqəsinə əsasən Abdullayev Şəxs 500 manat dəyərində 1 ədəd şifoner, 250 manat dəyərində 1 ədəd termo, 150 manat dəyərində 1 ədəd “evrolux” markalı ətçəkən maşın, 1026 manat dəyərində 1 ədəd 583 əyarlı 27 qramlıq boyunbağı, 608 manat dəyərində 1 cüt 583 əyarlı 16 qramlıq sırğa dəsti, 570 manat dəyərində 1 ədəd 583 əyarlı 15 qramlıq qolbaq, 380 manat dəyərində 1 ədəd 583 əyarlı 8 qramlıq üzükdən ibarət əmlaklar, həmin əmlaklar olmadıqda isə onların dəyəri olan cəmi 3784 (üç min yeddi yüz səksən dörd) manat pul məbləği alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Şəxs Abdullayevin yaşadığı evə baxış keçirilmiş və qeyd olunan əmlaklar aşkar edilməmişdir. İcra məmuru tərəfindən pul məbləğinin ödənilməsi ilə bağlı “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra vərəqəsinin icrasını təmin etməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə 10 fevral 2023-cü il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da, Şəxs Abdullayev qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Abdullayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs Abdullayev barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs Abdullayev tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Abdullayev Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 10 fevral 2023-cü il tarixdə saat 14:55-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 33, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Abdullayev Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 10 fevral 2023-cü il tarixdə saat 14:55-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-65/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-65/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver