Məhkəmə qərarları › İş №3(037)-7/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-7/2021

11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-7/2021 11.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1989-cu il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən karantin postunda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı şəhəri, M.Orucov küçəsində xüsusi karantin yoxlama məntəqəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı üçün rayon polis şöbəsinə dəvət olunmuş və izahatı alınarkən o, törətdiyi xətanı etiraf etmişdir. Bundan sonra o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu keçmiş Mican kəndində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi “VAZ-2107” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, M.Orucov küçəsində hərəkətdə olarkən, həmin küçədə olan karantin postuna yaxınlaşmışdır. Postda duran polis əməkdaşı onu saxlamış və o, polis əməkdaşına tələsdiyini bildirərək avtomobili sürərək postu keçmişdir. Bir qədər sonra geri qayıtmış və polis əməkdaşı onu təkrarən saxlamışdır. Polis əməkdaşı ona nə üçün avtomobili saxlamadığını soruşduqda o tələsdiyini bildirmişdir. Polis əməkdaşı ondan sənədlərini təqdim etməsini bildirdikdə o, heç bir sənəd təqdim etməmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən olduqca peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla qanunda nəzərdə tutulmuş daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində ifadə verən İsmayıllı rayon Polis Şöbəsinin Post-patrul xidməti taqımı polis nəfəri Şahid göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı şəhəri, M.Orucov küçəsində xüsusi karantin yoxlama məntəqəsində xidməti vəzifəsini yerinə yetirərkən “VAZ-2107” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi vermişdir. Sürücü avtomobili saxladıqdan sonra ona yaxınlaşaraq özünü təqdim etmiş və ondan icazə sənədinin olub-olmamasını soruşmuşdur. Sürücü sonradan şəxsiyyəti məlum olan Şəxs “sms” icazəsinin olduğunu bildirmişdir. O, Şəxs şəxsiyyət vəsiqəsini tələb etdikdə Anar vəsiqəsini təqdim etməkdən imtina etmişdir. Şəxs nizam-intizama dəvət edərək yenidən vəsiqəsini təqdim etməsini tələb etdikdə yenidən vəsiqəsini təqdim etməmiş və onunla mübahisə edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra həmin şəxs rayon polis şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı şəhəri, M.Orucov küçəsində xüsusi karantin yoxlama məntəqəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar