Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-71/2024 16.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İsmayıllı rayonu Kürdmaşı kənd sakini X6 onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1000 (bir min) manat miqdarında inzibati cərimə edilməsinə dair 22 yanvar 2024-cü il tarixli MN ******* nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır. Onda dövlət qeydiyyatında olan ov silahı vardır. Həmin silahdan yalnız yırtıcı heyvanlardan qorunmaq üçün istifadə edir və heç vaxt ov etməmişdir. 03 yanvar 2024-cü il tarixdə həmkəndlisi Tofiq Xəlilovla birlikdə əkin sahəsinə nəzarət etmək üçün getmişlər. Həmin sahəyə gedərkən tüfəngi də özü ilə götürmüşdür. Əkin sahəsinə çatdıqdan bir qədər sonra ekologiyanın əməkdaşları onlara yaxınlaşaraq ov tüfənginin müvafiq sənədlərinin olubolmadığını soruşdular. Onlara tüfəngin sənədlərinin olduğunu bildirmişdir. Buna baxmayaraq onları idarəyə gətirmişlər. İdarədə izahatı alınmış və sonra oradan çıxaraq yaşadığı evə getmişdir. Bir neçə gün sonra barəsində qərar qəbul edilərək qanunsuz ov etməsi əsas gətirilərək qanunsuz olaraq 1000 (min) manat məbləğində cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, həmin vaxt ov qaydalarını pozmamış, heç bir ov etməmişdir. Ekologiyanın əməkdaşları onu kəndin içərisində saxlamış, ov ərazisində olmamış, həmin vaxt onda ov heyvanının cəsədi olmamışdır. Onun ov etməsi barədə sübut olmadığı halda inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə iclasında X7 şikayət ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Tanışı ilə birlikdə həmin taxıl sahəsinə nəzarət etmək üçün getmişdir. Həmin vaxt ov tüfəngini də özü ilə götürmüşdür. Taxıl sahəsinin yanına çatdıqda ekologiya əməkdaşları onlara yaxınlaşaraq, ov etmədikləri halda onları idarəyə gətirmişlər. Ov etmədiyi halda və heç bir sübut olmadan onların ov etdiklərini əsas gətirərək cərimə olunmuşdur. Həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 izahat verərək bildirdi ki, əməkdaşlar Qubaxəlilli kəndi ərazisindən 1500-200 metr aralıda, dağlıq ərazidə reyddə olarkən iki nəfər şəxsin əlində tüfəng olduğunu görüb onlara yaxınlaşmışdır. Həmin şəxslər ov etməsələr də, izahatlarında ova getdiklərini etiraf etmişlər. Qeyd etdikləri nəzərə alınmaqla qəbul edilmiş qərarın qüvvədə saxlanmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin 14 oktyabr 2022-ci il tarixdə verdiyi şəhadətnamədən görünür ki, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olan X2 12 kalibrli, “Şafak-arms” markalı, 590-H22YT-3 nömrəli yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi şəhadətnamə verilmişdir. 07 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 03 yanvar 2024-cü il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndindən 1500-2000 metr məsafədə Kürdmaşı kəndi ərazisində ov lisenziyası olmadan ov qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul olunmuş 22 yanvar 2024-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, X6 ov qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılarkən X4 rayonu Qubaxəlilli kəndi ətrafında ov qaydalarını pozması aşkar edilmişdir. Bununla bağlı 07 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Tofiq Xəlilov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul olunmuş 22 yanvar 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1000 (bir min) manat miqdarında inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. X12 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 yanvar 2024-ci il tarixli MN ******* nömrəli qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini həmin vaxt ov qaydalarını pozmamasını, heç bir ov etməməsini, idarənin əməkdaşlarının onu özünə məxsus taxıl sahəsinin yanında saxlamasını, ov ərazisində olmamasını və həmin vaxt onlarda ov heyvanı cəsədinin olmaması ilə əsaslandırmışdır. Göründüyü kimi Tofiq Xəlilovun Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ov etmə faktının olub-olmamasını, yəni ov silahından istifadə edilibedilməməsini, ovlanmış ov obyektinin olub-olmamasını, ərazinin ov üçün qadağan olunmuş ərazi olub-olmamasını və ya araşdırılması zəruri olan digər məsələləri aydınlaşdırmadan əsaslandırılmamış nəticəyə gələrək Tofiq Xəlilovu inzibati məsuliyyətə cəlb etmişdir. X5 kəndi ətrafında ov tüfəngi ilə saxlanılması onun ov qaydalarını pozması kimi qiymətləndirilə bilməz. Qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəməyə Tofiq Xəlilovun ov qaydalarını pozmasını təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən isə 07 yanvar 2024-cü il tarixli MN ******* inzibati xəta haqqında protokol və həmin protokol əsasında inzibati tənbeh edilməsi barədə 22 yanvar 2024-ci il tarixli MN ******* nömrəli qərarın qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Ona görə də, X7 07 yanvar 2024-cü il tarixli MN ******* inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 22 yanvar 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati və ya maddi məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X1 əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olması sübuta yetirilmədiyindən onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 yanvar 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128- 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1000 (min) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 yanvar 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-71/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-71/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver