Məhkəmə qərarları › İş №3(037)-72/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-72/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-72/2021 05.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, xx.xx.1990-cı ildə İsmayıllı rayonu, Mücühəftəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İsmayıllı rayonu, Qalınçaq kəndində qeydiyyatda olmaqla, həmin kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir ona görə ki, xx xxxxxx 2021-ci il tarixdə yaşadığı İsmayıllı rayonu, Qalınçaq kənd ərazisində yerləşən fərdi yaşayış evində saxladığı 1 ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli, P 71936 nömrəli, yivsiz lüləli ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxlaması müəyyən edilmişdir. Bu hərəkətləri ilə о, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şəxs törətmiş olduğu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, tərtib edilmiş protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1 ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli, P 71936 nömrəli, yivsiz lüləli ov silahı müsadirə edilərək, cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1 ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli, P 71936 nömrəli, yivsiz lüləli ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. 1 ədəd “İJ” markalı, 16 çaplı, tək lüləli, P 71936 nömrəli, yivsiz lüləli ov silahı müsadirə edilkərək Azərbaycan Respublikası DİN-nin X1 Baş İdarəsinin anbarına təhvil verilsin. Qərarın cəriməyə aid hissəsi İsmayıllı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun alındığı və ya təqdim olunduğu gündən 10 (оn) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar