Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-74/2021 25.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, X5 oğlu və Zərərçəkmiş şəxs3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1970-ci il tarixdə Abşeron rayonu Xırdalan qəsəbəsində anadan olmuş, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 25 fevral 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 15.08.2020-ci il tarixdən 16-na keçən gecə saat 01:00 radələrində İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs1 məxsus ** BU *** Kamaz markalı yük avtomobilindən 2 ədəd 380 manat dəyərində akkumulyatoru, 30.08.2020-ci il tarixdə saat 12:00 radələrində Göyçay rayon sakini Zərərçəkmiş şəxs4 məxsus “VAZ 21011” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən 80 manat dəyərində 1 ədəd akkumulyatoru, 14.02.2021-ci il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu mərkəzi bazarın arxasında olan qaynaq sexindən Elsəvər Məmmədova məxsus 200 manat dəyərində qaynaq naqillərini və 17.02.2021-ci il tarxdə saat 19:00 radələrində İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs3 məxsus Hagen markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomibildən 85 manat dəyərində akkumulyatoru gizli oğurlamaqla xırda talama inzibati xəta törətmişdir. Ona görə də Şəxs barəsində hər bir xırda talama əməlinə görə ayrı ayrılıqda Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 15.08.2020-ci il tarixdən 16-na keçən gecə saat 01:00 radələrində Kamaz markalı yük avtomobilindən 2 ədəd akkumulyatoru, 30.08.2020-ci il tarixdə saat 12:00 radələrində “VAZ 21011” minik markalı avtomobildən 1 ədəd akkumulyatoru, 14.02.2021-ci il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu mərkəzi bazarın arxasında olan qaynaq sexindən qaynaq naqillərini və 17.02.2021-ci il tarixdə saat 19:00 radələrində markasını xatırlamadığı avtomobildən bir ədəd akkumulyatoru gizli oğurlamaqla xırda talama inzibati xəta törətmişdir. Törətdiyi əməldən çox peşmandır və məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri bardə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında çıxış edərək izahatında bildirdi ki, 17.02.2021-ci il tarxdə saat 19:00 radələrində ona məxsus Hagen markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtombildən 85 manat dəyərində akkumulyator oğurlanmış, bununla bağlı polisə məlumat vermişdir. Ondan oğurlanan akkumulyator özünə qaytarılmışdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında çıxış edərək izahatında bildirdi ki, 15.08.2020-ci il tarixdən 16-na keçən gecə saat 01:00 radələrində ona məxsus ** BU *** Kamaz markalı yük avtomobilindən 2 ədəd 380 manat dəyərində akkumulyator oğurlanmışdır. Ona dəymiş 380 manat zərərin ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək izahatında bildirdi ki, 14.02.2021-ci il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu mərkəzi bazarın arxasında olan qaynaq sexindən ona məxsus 200 manat dəyərində qaynaq naqilləri oğurlanmışdır. Ona dəymiş 200 manat zərərin ödənilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olundu ki, Şəxs 15.08.2020-ci il tarixdən 16-na keçən gecə saat 01:00 radələrində İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs1 məxsus ** BU *** Kamaz markalı yük avtomobilindən 2 ədəd 380 manat dəyərində akkumulyatoru, 30.08.2020-ci il tarixdə saat 12:00 radələrində Göyçay rayon sakini Zərərçəkmiş şəxs4 məxsus “VAZ 21011” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən 80 manat dəyərində 1 ədəd akkumulyatoru, 14.02.2021-ci il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu mərkəzi bazarın arxasında olan qaynaq sexindən Elsəvər Məmmədova məxsus 200 manat dəyərində qaynaq naqillərini və 17.02.2021-ci il tarxdə saat 19:00 radələrində İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs3 məxsus Hagen markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomibildən 85 manat dəyərində akkumulyatoru gizli oğurlamaqla xırda talama inzibati xəta törətmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs özgəsinin əmlakını gizli talayaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə— yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 25 fevral 2021-ci il tarixdən saat 15:50-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-74/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-74/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver