Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-74/2022 27.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1966-cı il tarixdə İsmayıllı rayonu Sumağallı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 27 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 31 dekabr 2021-ci il tarixdə saat 18:00 radələrində İsmayıllı rayonu Sumağallı kəndində yaşadığı evdə keçmiş arvadı Şahid anası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu sillə ilə vuraraq onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısı Qoşqar Aslanın 21 yanvar 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 27 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov izahatında göstərdi ki, Şəxs 31 dekabr 2021-ci il tarixdə saat 18:00 radələrində İsmayıllı rayonu Sumağallı kəndində yaşadığı evdə keçmiş arvadı Şahid anası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu sillə ilə vuraraq onu qəsdən döyməsi faktı ilə bağlı təhqiqatçı tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə zorakı hərəkətlər yetirildiyi üçün onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Şahid onun keçmiş həyat yoldaşıdır. Onlar rəsmi olaraq boşanmış və bundan sonra Sumağallı kəndində olan fərdi yaşayış evi aralarında bölünmüşdür. 31 dekabr 2021-ci il tarixdə yaşadığı evdə olarkən, Məryamdan bayrama görə hazırlamış yeməkdən ona da verməsini xahiş etmiş, Məryam ona yemək verməyəcəyini bildirdikdə aralarında mübahisə yaranmışdır. Məryamla mübahisə edərkən Sofiya digər otaqdan çıxmış və nə baş verdiyini soruşmuşdur. Bu zaman o, Sofiyaya “canına azzar olub” deyə cavab vermişdir. Bu zaman Sofiya qəflətən onun sifət nahiyyəsindən bir dəfə sillə ilə vurmuşdur. Sonra oğlu araya girmiş və onu sakitləşdirmişdir. Bundan sonra o, evdən çıxaraq getmişdir. Barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki, Məryam və Sofiya ilə aralarında mübahisə yaransa da, o, nə Sofiyanı, nə də Məryamı vurmamışdır. Əksinə Sofiya mübahisə zamanı onu sillə ilə vurmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. X3 izahat verərək göstərdi ki, 31 dekabr 2021-ci il tarixdə gözündən müalicə almaq üçün həkimə getmiş və həkim gözünə müalicə yazmışdır. Tək yaşadığından dərmanları istifadə etmək üçün qızı Məryamın yaşadığı evə getmişdir. Qızı rəsmi olaraq Alıvərdidən boşansa da bir evdə ayrı yaayırlar. Həmin gün saat 18:00 radələrində Alıvərdi ilə Məryamın mətbəxdə mübahisə etdiyini eşitmişdir. Bir qədər sonra bərk səslər gəldiyini eşidib otağın qapısını açaraq nə baş verdiyini soruşmuşdur. Bu zaman Alıvərdi ona “canına azzar olub qoca kaftar” demiş və üzərinə gələrək onu sillə ilə sifətindən bir dəfə vurmuşdur. O, özünü itirmiş və Alıvərdi təkrar onu vurmaq istədikdə nəvəsi və qızı Məryam Alıvərdini oradan güclə uzaqlaşdırmışdır. Bundan sonra onun halı pisləşmiş və qızı polis şöbəsinə şikayət etmişdir. Alıvərdinin izahatında qeyd etdikləri şər və böhtandır. O, Alıvərdini həmin vaxt vurmamışdır. Hazırda Alıvərdini bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində izahat verən Şahid izahat verərək göstərdi ki, Alıvrdi Əhmədovla rəsmi olaraq boşanmış və birgə yaşadıqları fərdi yaşayış evi aralarında bölünmüşdür. Alıvərdi tez-tez heç bir əsas olmadan onunla mübahisə yaradır. 31 dekabr 2021-ci il tarixdə anası Sofiya onun yaşadığı evə qonaq gəlmişdir. Saat 18:00 radələrində Alıvərdi onun tərəfə keçərək uşaqları ilə bayram keçirəcəyini bildirmişdir. O, buna razı olmadığı həmin gün deyil başqa vaxt gəlməsini bildirdikdə, Alıvərdi onunla mübahisə etməyə başlamışdır. Alıvərdi israr etdikdə o, polis çağıracağını bildirdikdə Alıvərdi uca səslə danışmağa başlamışdır. Bu zaman anası Sofiya səsə çölə çıxmış və nə baş verdiyini onlardan soruşmuşdur. Alıvərdi Sofiyaya “canına azzar olub qoca kaftar” deyərək, anasının üzərinə hücum çəkmiş və sillə ilə onun sifətindən bir dəfə sillə ilə vurmuşdur. Alıvərdinin təkrar anasını vuracağını görüb oğlu İsmayıllı birgə onu oradan uzaqlaşdırmışdır. Həmin vaxt Sofiya Alıvərdini vurmamış və ona qarşı hər hansı zorakı hərəkətlər etməmişdir. İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının 21.01.2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 31 dekabr 2021-ci il tarixdə saat 18:00 radələrində İsmayıllı rayonu Sumağallı kəndində yaşadığı evdə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu sillə ilə vuraraq onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin və şahidin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi onun inzibati məsuliyyətdən yayınması üçün etdiyi özünü müdafiə cəhdidir və işin faktiki halları ilə təkzib olunur. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-74/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-74/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver