Məhkəmə qərarları › İş №3(037)-77/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-77/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-77/2024 21.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hüquqi ünvanı İsmayıllı rayonunun Basqal qəsəbəsi, faktiki ünvanı ünvan 1ru X3 olan Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində 25003,16 ABŞ dolları məbləğində pulun müvvəkkil bankda olan hesaba köçürülməməsi faktı üzrə İsmayıllı rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Orxan İbrəhimovun 11 dekabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti və aidiyyəti sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli 00100-00200/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İsmayıllı Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli 00100-00200/24 nömrəli inzibati xəta haqqında protokola əsasən, Bakı Bas Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/012/007100 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiva yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin raporta Dövlət Gömrük Komitəsinin X2 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər rəsmiləşdirilən 2 gömrük bəyannaməsi üzrə 25003.16 (iyirmi beş min üç dollar 16 sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. AZ3111, İsmayıllı rayonu, Basqal ŞTQ qeydiyyatda olan hüquqi şəxs Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyəti barəsində aparılan araşdırma ilə əlaqədar olaraq Cəmiyyətin hüquqi ünvanına xx.xx.2023-ci il tarixli, 1400-013/0xxxx/002875 saylı, 29 mart 2023-cü il tarixli 1400-013/002- 4/003097 saylı dəvət məktubları göndərilərək cəmiyyətin rəhbəri və yaxud səlahiyyətli nümayəndəsi Bakı Bas Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsi, Təhqiqat Şöbəsinə dəvət olunmuşdur. Qeyd olunan faktla bağlı zərurət yarandığından Şəxs MMC tərəfindən sözügedən dövr üzrə rəsmiləşdirilən 2(iki) gömrük bəyannaməsi üzrə ixrac etdikləri malların müqabilində ölkə ərazisinə qaytarılmamış vəsaitin məbləği barədə Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/012/007100 nömrəli xx.xx.2023-cü il tarixli raportla sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/012/007100 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən X2 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixinə alınmış məlumata əsasən Gömrük Əməliyyatları İdarəsinin 34/012/007100 nömrəli xx.xx.2023-cü il tarixli raportunda göstərilən Şəxs MMC (VÖEN: **********) tərəfindən 11 fevral 2017-ci il tarixindən 01 oktyabr 2022-ci il tarixədək müddətdə rəsmiləşdirilən gömrük bəyannamələrində Konsiqnasiva əməliyyatları üzrə 2 gömrük bəyannaməsi (**********8643, **********3236) üzrə milli valyutaya nisbətdə 42,505.37 (qırx iki min bes vüz bes manat otuz yeddi qəpik) manat təşkil edən 25003.16(ivirmi bes min üç dollar 16 sent) ABŞ dolları qalıq məbləği müəyyən olunmuşdur. Aparılmış araşdırma nəticəsində müəvvən edilmişdir ki, AZ3111, İsmayıllı rayonu, Basqal STQ qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC xx.xx.2020-ci il tarixli, **********8643 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixli, 003 nömrəli invovs xx.xx.2020-ci il tarixli, 01/2020 nömrəli müqaviləyə əsasən “Borular, qoruyucu borular" yükü “Ukr-Evroservis” şirkətinə və xx.xx.2020-ci il tarixli **********3236 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixli, 02 nömrəli invoys 02 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə əsasında “Pnevmatik tutqacın hissələri, Halqa, İçlik, Klinin gövdəsi” yükləri Rusiya Federasiyasında olan “Bursnab” şirkətinə ixrac olunmuşdur. Qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətdə 42,505.37 (qırx iki min beş yüz beş manat otuz yeddi qəpik) manat təşkil edən 25003.16 (ivirmi beş min üç dollar 16 sent) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi şəxs Şəxs MMC xx.xx.2020-ci il tarixli, **********8643 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixli, 003 nömrəli invoys xx.xx.2020- ci il tarixli, 01/2020 nömrəli müqaviləyə əsasən “Borular, qoruyucu borular” yükü “Ukr- Evroservis” şirkətinə və xx.xx.2020-ci il tarixli **********3236 sorğu nömrəli gömrük bəyannaməsi ilə 28.02,2020-ci il tarixli, 02 nömrəli invoys 02 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə əsasında “Pnevmatik tutqacın hissələri, Halqa, İçlik, Klinin gövdəsi” yükləri Rusiya Federasiyasında olan “Bursnab” şirkətinə ixrac olunmuşdur. Qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətdə 42,505.37 (qırx iki min bes yüz beş manat otuz yeddi qəpik) manat təşkil edən 25003.16 (ivirmi beş min üç dollar 16 sent) AB$ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə Hüquqi səxs Şəxs MMC xx.xx.2020-ci il tarixli, **********8643 sorğu nömrəli , xx.xx.2020-ci il tarixli **********3236 sorğu nömrəli gömrük bəyannamələri ilə konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində külli miqdarda, milli valyutaya nisbətdə 42,505.37 (qırx iki min bes yüz bes manat otuz yeddi qəpik) manat təşkil edən 25003.16(ivirmi bes min üç dollar 16 sent) AB$ dolları xarici valyuta vəsaitlərini xaricdən qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 215.3.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq orqanları tərəfindən aparılır. Ona görə də Şəxs MMC-nin rəhbərliyi tərəfindən həmin hüquqi şəxsin adından bağladığı 01/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və 02 nömrəli xx.xx.2020-ci il tarixli tarixli müqavilələr üzrə alqı- satqı növündə xarici iqtisadi fəaliyyətin nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan külli miqdarda, milli valvutava nisbətdə 42,505.37 (qırx iki min bes vüz bes manat otuz veddi qəpik) manat təşkil edən edən 25003.16(ivirmi bes min üc dollar 16 sent) ABS dolları xarici valyuta vəsaitini xaricdən qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olduğundan və həmin maddə üzrə ibtidai istintaq prokurorluq orqanları tərəfindən aparıldığından toplanılmış materiallar Azərbaycan Respublikası Bas Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası İsmayıllı Ravon Prokurorluqunundan Bakı Bas Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş №230456008 nömrəli 11,12.2023-cü il tarixli məktubda bildirilmişdir ki, hüquqi səxs İsmayıllı ravonu. Basqal STQ-də qeydiyyatda olan "xxxx" MMC tərəfindən konsiqnasiva yolu ilə ixrac olunmuş malların müqabilində 25003.16 ABŞ dolları məbləğində pulun müvəkkil bankda olan hesaba köcürülməməsi faktı ilə bağlı 22.05.023-cü il tarixdə rayon prokurorluqunda fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət isi başlanaraq istintaq aparılmış, xx.xx.2023-cü il tarixdə cinayət isi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətalara aid olduğundan və Gömrük Məcəlləsinin 8.0.10-cu maddəsinə əsasən gömrük qaydaları əleyhinə inzibati xətalara və digər üquqpozmalara qarsı mübarizə aparmaq gömrük orqanlarının vəzifələrinə aid edildiyindən "xxxx" MMC-nin direktoru X1 əməlinə AR İXM-nin 483-cü maddəsinə münasibətdə hüquqi qiymət verilməsi üçün Bakı Bas Gömrük idarəsinə göndərilir. Cinayət isi üzrə icraata xitam verilməsi haqqında qərarda "xxxx" MMC tərəfindən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olanmilli valyutaya nisbətdə 19002.67(on doqquz min iki manat 67 qəpik) manat təşkil edən 11178,04(on bir min yüz yetmiş səkkiz dollar dörd sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitlərinin Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməməsi Azərbaycan Respublikası İXM 483-cü maddəsinin tərkib əlamətlərini varadır. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, Şəxs MMC-nin rəhbəri olmuşdur. 3-4 il ildir ki MMC fəaliyyət göstərmir. Araşdırma ilə bağlı İsmayıllı rayon Porkurorluğuna dəvət olunmuş və orada izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi qismən sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi üzrə icraata xitam verilməsi haqqında İsmayıllı rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Orxan İbrəhimovun 11 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində 25003,16 ABŞ dolları məbləğində pulun müvvəkkil bankda olan hesaba köçürülməməsi faktı üzrə İsmayıllı rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Orxan İbrəhimovun 11 dekabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti və aidiyyəti sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC ümumilikdə 42,505.37 (qırx iki min beş yüz beş manat otuz yeddi qəpik) manat təşkil edən 25003.16 (ivirmi beş min üç dollar 16 sent) ABŞ dolları məbləğində xx.xx.2020-ci il tarixli, **********8643 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixli, 003 nömrəli invoys xx.xx.2020-ci il tarixli, 01/2020 nömrəli müqaviləyə əsasən “Borular, qoruyucu borular" yükü “Ukr-Evroservis” şirkətinə və xx.xx.2020-ci il tarixli **********3236 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixli, 02 nömrəli invoys 02 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə əsasında “Pnevmatik tutqacın hissələri, Halqa, İçlik, Klinin gövdəsi” yükləri Rusiya Federasiyasında olan “Bursnab” şirkətinə ixrac olunmuşdur. Həmin məbləğdə vəsaitdən qalıq qalmış 11178 (on bir min yüz yetmiş səkkiz) dollar 04 sent məbləğdə vəsait Azərbaycan Respublikasında müvəkkil banka daxil olmuş, lakin daxil olmuş vəsaitin ixrac edilən məhsula aiddiyyəti hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Bununlada Şəxs MMC tərəfindən 11178 (on bir min yüz yetmiş səkkiz) dollar 04 sent məbləğdə gəlirin ölkəyə daxil olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin hissədə inzibati xəta hadisəsinin törədildilmiş hesab edilir. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin qeyd hissəsinə əsasən, Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. 4.2-ci maddəsinə əsasən Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. 4.3-cü maddəsinə əsasən, Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. 4.4-cü maddəsinə əsasən, Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər. 12.1-ci maddəsinə əsasən, Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışı yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilir. 12.2-ci maddəsinə əsasən, 12.1-ci bənddə göstərilən müəssisələr tərəfindən satılan malların (xidmətlərin və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 11178 (on bir min yüz yetmiş səkkiz) dollar 04 sent məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq 3353 (üç min üç yüz əlli üç) ABŞ dolları 412 sent məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar