Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-78/2021 25.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin Yol patrul xidmətinin inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə xx.xx.1992-ci ildə İsmayıllı rayonu, Mulux kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu, Diyallı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhəri, Nizami küçəsində idarə etdiyi «VAZ-2107» markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərlə avtoxuliqanlıq etmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin Yol patrul xidmətinin inspektoru X6 izahatında göstərdi ki, xx xxxxxx 2021ci il tarixdə İsmayıllı şəhəri Nizami küçəsində xidmətdə olarkən «VAZ-2107» markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan şəxsiyyəti məlum olan Şəxs avtomobili yüksək sürətlə hərəkət etdirərək, şinlərinin səsi ilə əyləc-tormoz sistemindən istifadə edərək ətrafdakıların dincliyini və yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozmuş və hərəkətdə olan digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətmişdir. Daha sonra digər polis əməkdaşları ilə birlikdə Şəxs avtomobilin İsmayıllı rayon Polis Şöbəsinə duracağa aparılması barədə məlumat versələr də, sürücü yenidən avtomobili yüksək sürətlə idarə edərək “Kəpənək” dairəsinin əks istiqamətində hərəkətə davam etmiş və avtomobili duracağa özü gətirmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində qanunda nəzərdə tutulmuş tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək, əməlindən peşman olmasını bildirmiş və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin PPXB-nin komandir müavini X7 göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhəri Heydər Əliyev prospekti ərazisində xidmətdə olarkən sürücünün yol patrul xidmətinin əməkdaşına tabesizlik göstərməsi məlumatı əsasında post patrul xidmətinin avtomobili ilə hadisə yerinə yaxınlaşmış və sürücüyə avtomobilin İsmayıllı rayon Polis Şöbəsinə duracağa aparılması barədə məlumat vermişlər. Buna baxmayaraq sürücü yenidən avtomobili yüksək sürətlə idarə edərək “Kəpənək” dairəsinin əks istiqamətində hərəkətə davam etmiş və avtomobili duracağa özü gətirmişdir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti inspektoru polis baş serjantı X3 şahid X4 ifadəsini təsdiq etdi. İsmayıllı İcra Hakimiyyəti Başçısının Diyallı kənd inzibati dairəsi üzrə nümayəndəsinin xx xxxxxx 2021-ci il tarixli 89 nömrəli arayışından görünür ki, Rəhmanlı X1 qeydiyyatda olmaqla xx.xx.2013-cü il təvəllüdlü qızı Həlimə Rəhmanlı, xx.xx.2015-ci il təvəllüdlü qızı Zəhra Rəhmanlı və xx.xx.2018-ci il təvəllüdlü oğlu Murad Rəhmanlı Şəxs himayəsindədirlər. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, himayəsində üç azyaşlı uşağının olmasını (İXM-nin 32.2) və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutaraq, QƏRАRА АLDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 1 saylı Xəzinədarlıq İdarəsində olan hesaba köçürülsün. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-78/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-78/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver