Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-79/2024 14.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Bəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, 16 dekabr 1968-ci il tarixdə İsmayıllı rayonu Qalacıq kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Rusiya Federasiyası, Ryazan şəhəri, Oktyabrs rayonu Pronskaya küçəsi, ev 6 ünvanında qeydiyyatda olmaqla, İsmayıllı rayonu İstisu kəndində yaşayan Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 14 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli 2 (037) – 529 / 2018 saylı qətnaməsinə əsasən 09 aprel 2018-ci il tarixdən başlayaraq Şəxs 07 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 90 (doxsan) manat məbləğində aliment tutularaq Əmirova (Mirzəyeva) Aidə Vaqif qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 3335 (üç min üç yüz otuz beş) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 14 fevral 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 3335 (üç min üç yüz otuz beş) manat aliment borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs 3335 (üç min üç yüz otuz beş) manat aliment borcu vardır. Heç yerdə işləmirəm, ona görə də, borcumdan ödəniş edə bilmirəm. İşlədiyi müddətdə aliment məbləğindən ödənişlər etmişdir. Alimentin ödənilməli olduğunu başa düşür, lakin maddi imkanı yoxdur. Ona görə də, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, borclu təyin olunmuş aliment məbləğindən ödəniş etmir. Alişax il ərzində 4-5 dəfə ödəniş edərsə ona qarşı şikayəti olmaz. Uşaq əməliyyat olunub və atası heç bir köməklik göstərməyib. 2020-ci ildən sonra Alişax bir dəfə də olsun uşağını görməyib və onunla maraqlanmır. Aliment borcunu tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 3(037)-343/2023 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 14 fevral 2024-cü il tarixli arayışdan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2 (037) – 529/2018 saylı icra vərəqəsinə əsasən Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 3335 (üç min üç yüz otuz beş) manat məbləğində aliment borcu ödəməkdən yayınmışdır. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli 2 (037) – 529 / 2018 saylı qətnaməsinə əsasən 09 aprel 2018-ci il tarixdən başlayaraq Şəxs 07 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 90 (doxsan) manat məbləğində aliment tutularaq Əmirova (Mirzəyeva) Aidə Vaqif qızına ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Şəxs 03 avqust 2023cü il tarixdə barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola baxılarkən məhkəmə iclasında borcundan avqust ayında 500 (beş yüz) manat ödəcəyini və sonradan hər ay maddi imkanı daxilində ödəniş edəcəyini vəd etsə də, ötən müddət ərzində yalnız 350 (üç yüz əlli) manat məbləğində ödəniş etmişdir. Hazırda Şəxs Aiə Mirzəyevaya 3335 (üç min üç yüz otuz beş) manat məbləğində aliment borcu vardır. Həmçinin Şəxs icra məmurunun və məhkəmənin çağırışlarından yayınmış, yalnız polis vasitəsi ilə onun gətirilməsi təmin olunmuşdur. Bununla da Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını və müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs iştirak etmədiyi üçün məhkəmə iclası təxirə salınmış, növbəti məhkəmə iclasının vaxtı və yeri barədə Alişax Aqasafoviçə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və onun barəsində gətirilmə barədə qərar qəbul edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 14 fevral 2024-cü il tarixdə saat 15:10-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 14 fevral 2024-cü il tarixdən saat 15:10-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-79/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-79/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver