Məhkəmə qərarları › İş №3(037)-80/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-80/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-80/2021 01.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İsmayıllı RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X2, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə İsmayıllı rayonu Sərdahar kəndində anadan olmuş, İsmayıllı rayonu İsmayıllı kəndində qeydiyyatda olmaqla, İsmayıllı şəhəri, Ş.Qurbanov küçəsi, ev 31-də yaşayan, subay, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə İsmayıllı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 16:50 radələrində İsmayıllı şəhəri Nərimanov küçəsində sürücülük vəsiqəsi olmadan ona məxsus ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət zamanı, avtomobilində konstruksiya dəyişikliyi aşkar edilməsi səbəbi ilə yol patrul xidməti əməkdaşları tərəfindən saxla əmri verilmiş, ondan sənəd təqdim etməsi tələb edilərkən ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İsmayıllı RPŞnin İTB-nin sahə rəisi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə saat 16:50 radələrində İsmayıllı şəhəri, Nərimanov küçəsində bir nəfər sonradan adını öyrəndiyi Şəxs ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət zamanı, avtomobilində konstruksiya dəyişikliyi aşkar edilməsi səbəbi ilə yol polis əməkdaşları tərəfindən saxla əmri verilmiş, ondan sənəd təqdim etməsi tələb edilərkən ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, daxili rabitə vasitəsi ilə onlara çağrış edilmiş, əraziyə gedərək ona yaxınlaşıb onu nizam-intizama dəvət etmişlər, lakin, həmin vətəndaş onların iradına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx xxxx 2021-ci il tarixdə saat 16:50 radələrində İsmayıllı şəhəri Nərimanov küçəsində sürücülük vəsiqəsi olmadan ozünə məxsus ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət zamanı, yol polis əməkdaşları tərəfindən ona saxla əmri verilmiş, o avtomobili kənara çəkərək saxlamış, polis əməkdaşları ona yaxınlaşaraq sənədlərini təqdim etməyini bildirmiş, o sürücülük vəsiqəsinin olmadığını bildirdikdə, polis əməkdaşları onu şöbəyə dəvət etmiş, o isə heç bir müqavimət göstərmədən onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində bir neçə polis əməkdaşı sosial şəbəkədə canlı yayım açaraq onları təhqir etmə səbəbini soruşaraq, onu şillə və təpiklə vuraraq döymüşlər. O, heç bir inzibati xəta törətməmişdir, Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları X3, X1 və X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun ifadə vermiş və əlavə olaraq bildirmişlər ki, Şəxs sürücülük hüququ olmadan və avtomobilində konstruksiya dəyişikliyi edərək, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət zamanı, onlar tərəfindən saxla əmri verilmiş, o avtomobili kənara çəkərək saxlamış, ondan sənədlərini təqdim etməyini bildirdikdə, “sizin əlinizdən bezmişəm, nə var yenə məni saxlamısınız” deyərək tabesizlik göstərmiş, belə olan halda onlar, daxili rabitə vasitəsi ilə əraziyə post patrul xidməti əməkdaşlarını dəvət etmişlər. Bu müddətdə və polis şöbəsinə aparılması zamanı Şəxs onlara tabesizlik göstərərək polisin qanuni tələbinə əməl etməmişdir. Eyni zamanda Şəxs əvvəllər də bir neçə dəfə bu tip inzibati xətalar törətməsi barədə barəsində inzibati protokol tərtib edilərək İsmayıllı Rayon Məhkəməsinə təqdim edilmiş və onun barəsində müxtəlif inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, İsmayıllı RPŞ-nin Post-patrul xidməti əməkdaşı X7 göstərdi ki, xx xxxx 2021-ci il tarixdə saat 16:50 radələrində xidmətdə olduqları zaman daxili çağırış vasitəsi ilə onlara İsmayıllı şəhəri, Nərimanov küçəsində yol patrul xidməti əməkdaşlarına tabesizlik göstərən şəxsin olduğu bildirilmiş, onlar dərhal hadisə yerinə gəlmişlər, bu zaman sonradan adını öyrəndiyi Şəxs polis əməkdaşları ilə mübahisə etdiyini görmüş, onu nizam-intizama dəvət etdikdə isə onların ünvanına nalayiq söyüşlər söyərək qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Eminin dostudur. xx xxxx 2021-ci il tarixdə saat 16:50 radələrində İsmayıllı şəhəri Nərimanov küçəsində Şəxs məxsus avtomobildə hərəkətdə olan zaman yol patrul xidməti əməlkdaşları avtomobili dayandıraraq, Emindən sənədləri tələb etmiş, o isə sənədlərinin olmadığını bildimişdir. Sonradan baş verənlərlə bağlı hər hansı bir məlumatı yoxdur, çünki polis əməkdaşları Emini şöbəyə aparmışlar, o isə evinə getmişdir. Əlavə olaraq bildirmişdir ki, onun hadisə yerində olduğu zaman Şəxs polis əməkdaşlarına heç bir tabesizlik göstərməmiş, onların ünvanına nalayiq söyüşlər işlətməmişdir. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(037)-348/2020 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hədləri daxilində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan xx xxxx 2021-ci il tarixdə saat 19:15-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar