Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-82/2021 10.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, xx xxx 1994-cü il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində doğulmuş və həmin kənddə yaşayan, subay, orta təhsilli, İİ qrup əlil olmaqla sosial müavinət alan, Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, VAZ 21074 minik markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla toqquşaraq həmin avtomaşına 750 manat məbləğində maddi ziyan vurması barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx xxxx 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu, Quşencə kəndində yaşayır. xx xxxx 2021-ci il tarixdə xalası oğluna məxsus VAZ 21074 minik markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobili xalası oğlunun xəbəri olmadan götürərək İsmayıllı şəhərinə gəlmişdir. Həmin vaxt İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində hərəkətdə olarkən sağ tərəfdən məhəllə yolundan ** SV *** dövlət qeydiyat nişanlı avtomaşın onun yoluna çıxdığından həmin avtomaşını vurmamaq üçün qarşı hərəkət zolağına çıxmış və həmin zolaqda hərəkətdə olan “Mercedes benz” markalı ** YP *** dövlət qeydiyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı avtomaşında tək olmuşdur və heç bir bədən xəsarəti almamışdır. Hazırda əməlindən peşiman olmaqla ona güzəşt olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı rayonu Yol patrul xidməti inspektoru X1 protokola uyğun izahat vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı RƏF İsmayıllı rayon Şöbəsi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli, **********1 saylı arayışından görünür ki, Şəxs İİ qrup ümumi əlil olmaqla 130 (yüz otuz) manat sosial müavinət alır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, VAZ 21074 minik markalı, 99VK629 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla toqquşaraq həmin avtomaşına 750 manat məbləğində maddi ziyan vurması barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx xxxx 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, VAZ 21074 minik markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq “Mercedes benz” markalı ** YP *** dövlət qeydiyat nişanlı avtomaşınla toqquşması nəticəsində həmin avtomaşına maddi ziyan vurması özünün etirafedici izahatı, şahid ifadəsi, həmçinin tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf edib peşiman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal, onun eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4.1-ci maddəsinə əsasən birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara ictimai işlər növündə inzibati tənbeh tətbiq edilə bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapsa da, o, İİ qrup əlil olduğundan ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh verilməsi mümkün deyildir. Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxılmasına gələndə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən sözügedən maddə üzrə inzibati işlərə baxılması məhkəmənin aidiyyəti olmadığından, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28, 30, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-82/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-82/2021
10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver