Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-82/2023 16.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxx 1991-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 16 fevral 2021-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 15 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şəxs izahatında göstərdi ki, Şəxs 15 fevral 2023-cü il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı üçün rayon polis şöbəsinə dəvət olunmuş və izahatı alınarkən o, törətdiyi əməli etiraf etmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 15 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində yaşadığı Kürdmaşı kəndində olarkən polis əməkdaşları ona yaxınlaşaraq, kənd ərazisində ağac kəsimi ilə bağlı izahat vermək üçün onu rayon polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə getməkdən imtina etmişdir. Həmin vaxt polis əməkdaşları ilə bir qədər əsəbi halda danışmışdır. Sonradan polis şöbəsinə gəlmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis əməkdaşları ona qarşı heç bir zor tətbiq etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı X3 izahatında göstərdi ki, 15 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində xidməti zərurətlə əlaqədar digər polis əməkdaşları Xəyal Mürşüdov, Fariz Həsənov və Elsevər Mazanovla birlikdə İsmayıllı rayonu Kürdmaşı kəndində xidmətdə olarkən, kənd sakini Şəxs yaxınlaşaraq Quşencə kəndi ərazisində olan ağacların kəsilməsində şübhəli olduğunu bildirərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şəxs polis şöbəsinə getməkdən imtina edərək onlarla mübahisə etməyə başlamışdır. Şəxs nizam-intizama dəvət etsəkdə o, qanunsuz əməllərini davam etdirmiş və əsəbi halda yenidən onlara mübahisə etmişdir. Şəxs qanunsuz əməlllərini davam etdirmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bir qədər sonra Şəxs polis şöbəsinə gətirilməsi mümkün olmuşdur. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı X3 da şahid Taleh Ağayevin izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. 15 fevral 2023-cü il tarixli, ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 fevral 2023-cü il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 15 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib tərəflərin və şahidlərin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 25 (iyirmi beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli inzibati qaydada tutulduğu vaxtdan - 15 fevral 2023-cü il tarixdən saat 23:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli inzibati qaydada tutulduğu andan- 15 fevral 2023-cü il tarixdən saat 23:00-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-82/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-82/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver