Məhkəmə qərarları › İş №3(037)-82/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-82/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-82/2024 26.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X2 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə İsmayıllı rayonu İvanovka kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 26 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli 2(037)-434/2020 saylı qətnaməsi üzrə verilmiş 08 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 7780 (yeddi min yeddi yüz səksən) manat alınaraq Zərərçəkmiş şəxs2 və İsmayıllı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(037)-31/2022 saylı qətnaməsi üzrə verilmiş 21 aprel 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 12030 (on iki min otuz) manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkar Zərərçəkmiş şəxs2 ödənilməli olan 7530 (yeddi min beş yüz otuz) manat və tələbkar Zərərçəkmiş şəxs1 ödənilməli olan 11330 (on bir min üç yüz otuz) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 14 fevral 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar şəxslərə olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, arvadı əməliyyat olduğu üçün borcundan ödəniş edə bilməmişdir. Ona aprel ayına kimi vaxt verilərsə borcundan müəyyən qədər ödəniş edə bilər. Hazırda hər iki icra vərəqəsi üzrə borcundan ayrı-ayrılıqda 350 (üç yüz əlli) manat ödəniş edə bilər. Borcu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, Şəxs borcun ödənilməsindən müxtəlif bəhanələrlə boyun qaçırır. Ona ötən məhkəmə iclasında vaxt verilsə də, borcundan aylıq ödəniş etməmişdir. Borcunu tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli 2(037)-434/2020 saylı qətnaməsinə üzrə verilmiş 08 sentyabr 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 7780 (yeddi min yeddi yüz səksən) manat alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(037)-31/2022 saylı qətnaməsi üzrə verilmiş 21 aprel 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 12030 (on iki min otuz) manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 14 fevral 2024-cü il tarixli, 45/299/24 saylı məktubundan görünür ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra vərəqəsi üzrə ödənilməmiş qalan tələbkar Zərərçəkmiş şəxs2 ödənilməli olan 7530 (yeddi min beş yüz otuz) manat və tələbkar Zərərçəkmiş şəxs1 olan 11330 (on bir min üç yüz otuz) manat məbləğində borcun ödənilməsini təmin etməkdən yayınmış, borcun tam şəkildə ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli 2(037)-434/2020 saylı qətnaməsi üzrə verilmiş 08 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 7780 (yeddi min yeddi yüz səksən) manat alınaraq Zərərçəkmiş şəxs2 və İsmayıllı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(037)-31/2022 saylı qətnaməsi üzrə verilmiş 21 aprel 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 12030 (on iki min otuz) manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 ödənilməli olan 7530 (yeddi min beş yüz otuz) manat və Zərərçəkmiş şəxs1 olan ödənilməli olan 11330 (on bir min üç yüz otuz) manat borcu ödənilməmiş qalmışdır. Şəxs hazırki günədək borc məbləğindən heç bir məbləğdə ödəniş etməmiş və qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək qərara gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, tələbkara ödənilməli olan məbləğin miqdarını nəzərə alaraq inzibati həbsin müddətinin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 26 fevral 2024-cü il tarixdən saat 15:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 26 fevral 2024-cü il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar