Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-84/2021 18.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində Muğanlı-İsmayıllı yolunun 1-ci km-də idarə etdiyi VAZ 21725 minik markalı 99XP 087 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydalarını pozmuş və X3 idarə etdiyi “VAZ 2106” markalı ** KO *** nömrəli avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomaşında olan sərnişin 1994-cü il təvəllüdlü X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ilə müraciət edərək, maddi imkanının olmaması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılaraq ona daha yüngül intizam tənbehi tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi Qanuni nümayəndə İlyas qızı məhkəməyə teleqram ilə müraciət edərək, Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, işə onların iştirakı olmadan baxılaraq Şəxs yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməklə sürücü Şəxs zərərçəkmiş X6 ilə barışdıqlarına görə və sürücü X5 əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2020-ci il tarixli,502 saylı Azərbaycan Respublikası Səhiyyə nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 tərəfindən verilmiş, ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarət-sağ bazu sümüyünün qapalı yerdəyişmiş sınığı bərk-küt əşya(alət) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən, xx.xx.2020-ci il tarixli yolnəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin müraciətini (teleqram), xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbət tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ona tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Şəki Аpelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-84/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-84/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver