Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-85/2024 27.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 21-ci Məhəllə, ev 43/30, mənzil 7-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi 3BHVWUU Şəxs barəsində Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 4-cü taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 27 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 14 noyabr 2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi ”Ford Tranzit” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu Təzəkənd kəndi ərazisindən keçən 33-cü km-də idarə edərkən, idarəetməni itirməsi və avtomobili yolun kənarındakı dayanmış “VAZ-2107” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə vurması, nəticədə “VAZ-2107” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti alması və Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2107” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi faktı üzrə təhqiqatçı Rauf Tağıyevin 04 dekabr 2023-cü il tarixli qərarı cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün BDYPİ-nə göndərilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 4-cü taqımı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 13 fevral 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 4-cü taqımına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının 4-cü taqımının nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 14 noyabr 2023-cü il tarixdə ”Ford Tranzit” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu ərazisində hərəkətdə olarkən “VAZ- 2107” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuşdur. Hər iki avtomobilə maddi ziyan dəymişdir. Qarşı tərəfin avtomobilinə dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir. Əməlindən peşmandır. Ona sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh verilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 07 avqust 2023cü il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Məhkəmə-Tibbi Ekspertiza və X1 579 №-li xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət – qapalı kəllə-beyin silkələnməsi ilə müşayiət edilən təpə nahiyyəsinin hematoması və sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 14 noyabr 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. 04 dekabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan qərar BDYPİ-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 14 noyabr 2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi ”Ford Tranzit” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı- İsmayıllı yolunun İsmayıllı rayonu Təzəkənd kəndi ərazisindən keçən 33-cü km-də idarə edərkən, idarəetməni itirmiş və avtomobili yolun kənarındakı dayanmış “VAZ- 2107” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuşdur. Nəticədə “VAZ-2107” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almış və Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2107” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxslərə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-85/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-85/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver