Məhkəmə qərarları › İş №3(037)-87/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-87/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-87/2024 16.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Bəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 16 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2 (002) – 1198 / 2020 saylı qətnaməsinə əsasən 22 aprel 2020-ci il tarixdən başlayaraq Şəxs 28 iyul 2015-ci il təvəllüdlü X4 və 05 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq Mamedova (Quliyeva) Səbinə Şahsuvar qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 6390 (altmı min üç yüz doxsan) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16 aprel 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2 (002) – 1198 / 2020 saylı qətnaməsinə əsasən Şəxs iki uşağın saxlanması üçün 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq Mamedova (Quliyeva) Səbinə Şahsuvar qızına ödənilməsi qət edilmişdir. Ötən müddət ərzində Şəxs aliment məbləğindən 8910 (səkkiz min doqquz yüz on) manat məbləğində ödəniş etsə də, hər ay tam şəkildə ödəniş etmədiyi üçün 6390 (altmı min üç yüz doxsan) manat aliment borcu yaranmışdır. Şəxs ötən müddət ərzində borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınmışdır. Bundan başqa Şəxs çağırışlara gəlməmiş və barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. 16 fevral 2024-cü il tarixdə Şəxs polis vasitəsi ilə şöbəyə gətirilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahat verərək göstərdi ki, daimi iş yeri yoxdur. Ona 2024-cü ilin avqust ayına kimi vaxt verilərsə borcunu tam şəkildə ödəyə bilər. Mart ayından isə hər ay təyin olunmuş aliment məbləğini ödəyə bilər. Hazırda heç bir məbləğdə ödəniş edə bilmir. 15 gün müddətində 340 (üç yüz qırx) manat tələbkara ödəniş edə bilər. Ona görə də, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, borclu təyin olunmuş aliment məbləğindən ödənişlər etmir. Ona vaxt verilməsini istəmir. Uşaqları xəstədir və Bakı şəhərində kirayədə yaşayır. Vüqar bir dəfə də olsa uşaqları ilə maraqlanmır. Borcu tələb edir. Vüqar Mamefdov borcunu ödıəməyəcəyi təqdirdə onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2 (002) – 1198 / 2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsindən görünür ki, 22 aprel 2020-ci il tarixdən başlayaraq Şəxs 28 iyul 2015-ci il təvəllüdlü X4 və 05 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq Mamedova (Quliyeva) Səbinə Şahsuvar qızına ödənilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 16 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2 (002) – 1198 / 2020 saylı icra vərəqəsinə əsasən Şəxs tələbkar Səbinə Mamaedovaya (Quliyev) olan 6390 (altmı min üç yüz doxsan) manat məbləğində aliment borcu ödəməkdən yayınmışdır. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2 (002) – 1198 / 2020 saylı qətnaməsinə əsasən 22 aprel 2020-ci il tarixdən başlayaraq Şəxs 28 iyul 2015-ci il təvəllüdlü X4 və 05 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq Mamedova (Quliyeva) Səbinə Şahsuvar qızına ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Hazırda Şəxs hazırda 6390 (altmı min üç yüz doxsan) manat məbləğində aliment borcu vardır. Həmçinin Şəxs icra məmurunun və məhkəmənin çağırışlarından yayınmış, yalnız polis vasitəsi ilə onun gətirilməsi təmin olunmuşdur. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 12 (on iki) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 16 fevral 2024-cü il tarixdə saat 12:25-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 16 fevral 2024-cü il tarixdən saat 12:25-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar