Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-88/2024 19.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 15 sentyabr 1989-cu il tarixdə İsmayıllı rayonu 2-ci Cülyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu Cülyan kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 19 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(037)-386/2022 saylı qətnaməsi üzrə verilmiş, 05 may 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2444 (iki min dörd yüz qırx dörd) manat borc məbləği və 44 (qırx dörd) manat 84 qəpik məbləği alınaraq iddiaçı “M X3 Kredit Təşkilatı” MMC-yə, İsmayıllı Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2(037)-915/2022 saylı qətnaməsi üzrə verilmiş, 30 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2841 (iki min səkkiz yüz qırx bir) manat 82 qəpik məbləği alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə və İsmayıllı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(037)- 527/2023 saylı qətnaməsi üzrə verilmiş, 07 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 6475 (altı min dörd yüz yetmiş beş) manat 33 qəpik məbləği alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkarlara ödənilməli olan cəmi 11805 (on bir min səkkiz yüz beş) manat 99 qəpik borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 19 fevral 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, elektron sorğu məlumatlarından göründüyü kimi Şəxs adına tələbin yönəldilə biləcəyi heç bir əmlak yoxdur. Ötən müddət ərzində Şəxs borc məbləğindən heç bir məbləğdə ödəniş etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, "xxxx" ASC-də xəzinədar işləmişdir. İşlədiyi dövrdə götürdüyü krediti vaxtında ödəyirmiş. Lakin sonradan işdən çıxdığı üçün krediti ödəyə bilməmişdir. Hazırda Bakı şəhərində kirayədə yaşayır və ayıq sürücü kimi arada fəaliyyət göstərir və bu da ailəsini dolandırmaq üçün kifayət etmir. Rəsmi iş yeri olmadığı üçün borclu olduğu tələbkarlara kredit borcunun aylığa bölünməsi ilə bağlı müraciət etmişdir. Lakin tələbkarlar həmin borcun tam şəkildə ödənilməsini ondan tələb etmişlər. Həmin borcundan ödəniş edə bilmir. Borcun ödənilməsini başa düşür, lakin maddi imkanı həmin borcları bağlamasına imkan vermir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş “M X3 Kredit Təşkilatı” MMC-nin, "xxxx" Kommersiya Bankı ASCnin və "xxxx" ASC-nin nümayəndəsi hazırki məhkəmə iclasında iştirak etmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(037)-386/2022 saylı qətnaməsi üzrə verilmiş, 05 may 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2444 (iki min dörd yüz qırx dörd) manat borc məbləği və 44 (qırx dörd) manat 84 qəpik məbləği alınaraq iddiaçı “M X3 Kredit Təşkilatı” MMC-yə ödənilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2(037)-915/2022 saylı qətnaməsi üzrə verilmiş, 30 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2841 (iki min səkkiz yüz qırx bir) manat 82 qəpik məbləği alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(037)-527/2023 saylı qətnaməsi üzrə verilmiş, 07 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 6475 (altı min dörd yüz yetmiş beş) manat 33 qəpik məbləği alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 19 fevral 2024-cü il tarixli, 45/348/24 saylı məktubundan görünür ki, Şəxs icra vərəqələri üzrə ödənilməmiş qalan ümumilikdə 11805 (on bir min səkkiz yüz beş) manat məbləğində borcun ödənilməsini təmin etməkdən yayınmış, borcun tam şəkildə ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(037)-386/2022 saylı qətnaməsi üzrə verilmiş, 05 may 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2444 (iki min dörd yüz qırx dörd) manat borc məbləği və 44 (qırx dörd) manat 84 qəpik məbləği alınaraq iddiaçı “M X3 Kredit Təşkilatı” MMC-yə, İsmayıllı Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2(037)-915/2022 saylı qətnaməsi üzrə verilmiş, 30 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2841 (iki min səkkiz yüz qırx bir) manat 82 qəpik məbləği alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə və İsmayıllı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(037)-527/2023 saylı qətnaməsi üzrə verilmiş, 07 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 6475 (altı min dörd yüz yetmiş beş) manat 33 qəpik məbləği alınaraq iddiaçı "xxxx" ASCyə verilməsi qət edilmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq tələbkarlara ödənilməli olan 11805 (on bir min səkkiz yüz beş) manat borcu ödənilməmiş qalmışdır. Şəxs hazırki günədək borc məbləğindən heç bir məbləğdə ödəniş etməmiş və qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək qərara gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, tələbkara ödənilməli olan məbləğin miqdarını nəzərə alaraq inzibati həbsin müddətinin 08 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 19 fevral 2024-cü il tarixdən saat 16:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 19 fevral 2024-cü il tarixdən saat 16:20-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-88/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-88/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver