Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-89/2022 14.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 X8 inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxx 1996-cı il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 14 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 10 fevral 2022-ci il tarixdə sat 18:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2106” markalı ** TM *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Qaraməryəm- İsmayıllı-Şəki yolunun 25-ci km-də hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla qarşıdan gələn Təmiz Qaz QSC-nə məxsus “Mitsubishi L200” markalı ** AV *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması, bununla da Zərərçəkmiş şəxs1 və Təmiz Qaz QSC-nə məxsus avtomobilə maddi zərər vurması faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon X4 X7 yol patrul xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 10 fevral 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 X8 inspektoru X3 izahatında göstərdi ki, Şəxs 10 fevral 2022-ci il tarixdə sat 18:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2106” markalı ** TM *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci km-də hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla qarşıdan gələn X2 idarə etdiyi Təmiz Qaz QSC-nə məxsus “Mitsubishi L200” markalı ** AV *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, Zərərçəkmiş şəxs1 və Təmiz Qaz QSC-nə məxsus avtomobilə maddi zərər dəymişdir. Bununla bağlı Şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun sürücülük hüququ yoxdur. 10 fevral 2022-ci il tarixdə saat 18:00 radələrində qohumu Zərərçəkmiş şəxs1 məxsus özünə məxsus“VAZ-2106” markalı ** TM *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən, Qaraməryəm-İsmayıllı-Şəki yolunda ötmə əməliyyatı aparmaq istəmişdir. Ötmə əməliyyatını sonlandıra bilməyib qarşıdan gələn “Mitsubishi L200” markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı yalnız avtomobillərə maddi zərər dəymiş, heç kim xəsarət almamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı razılığa gəlmişdir və İsmətin ondan tələb və şikayəti yoxdur. X9 QSC-nə məxsus dəymiş ziyanı isə ödəməmişdir. Törətdiyi əməlindən səmimi peşman olmuşdur və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla onun barəsində qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyanla bağlı Şəxslə razılığa gəlmişdir. Hazırda onun Amilə qarşı tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Təmiz Qaz QSC-nə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümyəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 10 fevral 2022-ci il tarixli 03117 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcıdan müəyyən edilir ki, Şəxs 10 fevral 2022-ci il tarixdə saat 18:00-da tibbi müayinədən keçirilərkən onların sərxoş olmadığı müəyyən edilmişdir. 11 fevral 2022-ci il tarixli portal məlumat bazası üzrə çıxarışdan görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. 11 fevral 2022-ci il tarixli qüsur aktında “Mitsubishi L200” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə 1300 (min üç yüz) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 10 fevral 2022-ci il tarixdə sat 18:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus “VAZ- 2106” markalı ** TM *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci km-də hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla qarşıdan gələn Təmiz Qaz QSC-nə məxsus “Mitsubishi L200” markalı ** AV *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, bununla da Zərərçəkmiş şəxs1 və Təmiz Qaz QSC-nə məxsus avtomobilə maddi zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Təmiz Qaz QSC-nə dəymiş ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş Təmiz Qaz QSC-nə izah edilir ki, ziyanın əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Təmiz Qaz QSC-nə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-89/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-89/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver